Ermənistana SƏRT XƏBƏRDARLIQ:

Ermənistana SƏRT XƏBƏRDARLIQ: "Qeyri-qanuni silahlı dəstələr Qarabağdan çıxarılmalıdır"

Hazırda oxunan: Ermənistana SƏRT XƏBƏRDARLIQ: "Qeyri-qanuni silahlı dəstələr Qarabağdan çıxarılmalıdır"

66811

"Üçtərəfli Bəyanatın dördüncü bəndinə əsasən, Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan ərazilərindən tam olaraq çıxarılmalıdır". 

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşımbayev ilə görüşdə deyib.

Spiker vurğulayıb ki, Azərbaycan regionda daimi sülh və sabitliyin təmin olunmasını istəyir. Ölkəmiz bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edir və özünün də ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsini tələb edir.

Lakin son günlər Ermənistan yenə də təxribatlarını davam etdirir:

"Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribatları daha da artırıb. Ermənistan regionda yeni reallığı düzgün qiymətləndirməli, sülh və sabitliyin bərqərar olması istiqamətində üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO