İlham Əliyev Ayaz Mütəllibovun dəfni ilə bağlı nekroloqa imza atdı

İlham Əliyev Ayaz Mütəllibovun dəfni ilə bağlı nekroloqa imza atdı

Hazırda oxunan: İlham Əliyev Ayaz Mütəllibovun dəfni ilə bağlı nekroloqa imza atdı

66784

Tanınmış ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Respublikasının sabiq Prezidenti Ayaz Niyazi oğlu Mütəllibov 2022-ci il martın 27-də ömrünün 84-cü ilində vəfat edib.

Bizim.Media xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Ayaz Mütəllibovun dəfni ilə bağlı imzaladığı nekroloqda yer alıb.

“Ayaz Mütəllibov 1938-ci il mayın 12-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1956–1962-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil alıb.

Əmək fəaliyyətinə 1958-ci ildə Azərbaycan Elmi Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunun konstruktor bürosunda böyük texnik kimi başlayan Ayaz Mütəllibov 1959-cu ildən etibarən Bakı məişət elektrik cihazları zavodunda quraşdırma sexinin ustası, mühəndis, texniki nəzarət şöbəsinin rəisi, baş konstruktor və baş mühəndis vəzifələrində çalııb.

O, 1966-cı ildə Bakı soyuducular zavodunun direktoru təyin olunub, 1974–1977-ci illərdə həmin vəzifədə qalmaqla “Bakelektroməişətmaş” istehsalat birliyinin baş direktoru işləyib.
Ayaz Mütəllibov 1977-ci ildə Bakı şəhəri Nərimanov Rayon Partiya Komitəsinin ikinci katibi seçilb, 1979-cu ildə Azərbaycan SSR-in yerli sənaye naziri təyin olunub.

O, 1982–1989-cu illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini – Dövlət Plan Komitəsinin sədri və 1989–1990-cı illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifələrini tutub, 1990-cı ilin yanvarında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, 1990–1991-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin və onun Siyasi Bürosunun üzvü olub.

Ayaz Mütəllibov 1990-cı ilin mayında Azərbaycan SSR Ali Soveti tərəfindən təsis olunan Azərbaycan SSR-in Prezidenti vəzifəsinə seçilmiş, 1991-ci ilin sentyabrından Azərbaycan Respublikasının Prezidenti olub, 1992-ci ildə isə vəzifəsindən istefa verib.

Bir neçə çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olan Ayaz Mütəllibov sovet dövrünün bir sıra orden və medalları ilə təltif edilib.
İctimai-siyasi və dövlət xadimi Ayaz Niyazi oğlu Mütəllibovun xatirəsi onu tanıyanların qəlbində yaşayacaq. Allah rəhmət eləsin!

İlham Əliyev, Mehriban Əliyeva, Əli Əsədov, Sahibə Qafarova, Samir Nuriyev, Eldar Əzizov, Yaqub Eyyubov, Şahin Mustafayev”, - nekroloqda deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO