İlham Əliyev Vətəndaş Qəbulu Mərkəzinin açılışında - FOTO 

İlham Əliyev Vətəndaş Qəbulu Mərkəzinin açılışında - FOTO 

Hazırda oxunan: İlham Əliyev Vətəndaş Qəbulu Mərkəzinin açılışında - FOTO 

66752

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılışında iştirak edib. 

Bizim.Media xəbər verir ki, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev dövlətimizin başçısına Mərkəzdə yaradılan şərait barədə məlumat verib. 

Bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 79 ünvanında yerləşən beşmərtəbəli binada vətəndaşların rahat müraciət etmələri və onların müraciətlərinə baxılması üçün zəruri şərait yaradılıb. 

Mərkəzdə gözləmə zalları, qəbulların aparılacağı xidməti otaqlar, kollektiv qəbullar üçün nəzərdə tutulan müxtəlif ölçülü zallar, həkim, psixoloq, hüquq məsləhətçisi, ana və uşaq otaqları vardır. 
Vətəndaş Qəbulu Mərkəzində tətbiq olunan yeniliklərdən biri də Çağrı Mərkəzinin istifadəyə verilməsidir. Vətəndaşlar 1111 nömrəsinə zəng edərək onları narahat edən məsələlər barədə məlumat verə biləcəklər.  

Mərkəzdə tətbiq olunan daha bir yenilik isə ölkənin müxtəlif bölgələri ilə birbaşa videokonfranslar keçirilməsi imkanının yaradılmasıdır.  

Bu Mərkəzin istifadəyə verilməsi ictimai nəzarətin mühüm mexanizmlərindən biri olan vətəndaş müraciətlərinə daha operativ baxılmasına şərait yaradacaq.  

Vətəndaşlar qəbulla yanaşı, Prezident Sarayına ənənəvi qaydada, yaxud “president.az” rəsmi səhifəsi vasitəsilə elektron məktubla da müraciət edə bilərlər. 
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO