“Minsk qrupu kimə lazımdır?” - Həmsədrlərin buraxılması məsələsinə REAKSİYA 

“Minsk qrupu kimə lazımdır?” - Həmsədrlərin buraxılması məsələsinə REAKSİYA 

Hazırda oxunan: “Minsk qrupu kimə lazımdır?” - Həmsədrlərin buraxılması məsələsinə REAKSİYA 

65854

“Ermənistanın siyasi rəhbərliyinin və eləcə də erməni şovnistlərinin hər bir məsələni Minsk qrupu müstəvisində həll edilməsi cəhdləri uğursuz bir addımdır. Belə ki, qalib ölkə olan Azərbaycan Minsk qrupunun  mənfi və yarıtmaz fəaliyyətinə dair öz qiymətini dəfələrlə bildirib. İndiki məqamda Minsk qrupunun siaysi planda hansısa yenilik etməsi yersizdir”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Amid Əliyev bildirib.

Belə ki Minsk qrupunun həmsədrlik institutu ilə bağlı fikirlərini bölüşən politoloqun sözlərinə görə, müharibənin bitməsindən 2 ilə yaxın müddət keçməsinə baxmayaraq, bu təşkilatın hər hansı fəaliyyəti gözə dəymir:

“Bu qurum demək olar ki, öz ömrünü başa vurub. ATƏT-bundan sonra görə biləcəyi və edə biləcəyi iş ancaq humanitar sahə ilə bağlı ola bilər. Bundan əlavə, bildiyimiz kimi, ATƏT- in 3 həmsədrindən ikisi ABŞ və Rusiya faktiki düşmən mövqeyindədirlər. Ukrayna uğrunda gedən döyüşlərdə əks cəbhələrdə yer alıblar. Üçüncü həmsədr ölkə olan Fransa lideri Makron isə gələn ay prezident seçkilərinə hazırlaşır. Yəni siyasi hakimiyyət uğrunda mübarizəyə hazırlaşır. Belə olan halda Ermənistanın cəhdləri ancaq boş diplomatik manevrlərdən və ölkədaxilinə hesablanmış siyasətdən uzağa gedə bilməyəcək”.

Amid Əliyev Ermənistanın Azərbaycan XİN-in təklifi qarşısında Minsk qrupuna müraciət etməsinə də diqqət çəkib:

“Azərbaycan tərəfindən axırıncı dəfə Ermənistana münasibətləri normallaşdırmaq üçün 5 maddədən ibarət təkliflər paketi təqdim edilib. İndi də bu 5 maddəlik təkliflər Ermənistan tərəfindən ATƏT-in Minsk qrupu çərçivısində sülh sazişinin hazırlanması təklifi ilə cavablandırılıb. 

Türkiyə də bu məsələyə dair öz fikrini bildirərək qeyd edib ki, iki ölkə arasında sülh danışıqlarında üçüncü kimsə olmamalıdır. Yəni nə dövlət nə də hansısa təşkilat. Rusiya XİN də bu təklifi dəstəkləmişdir. ATƏT-in Minsk qrupunun belə bir vəziyyətdə nə siyasi nə də diplomatik təsir vasitələri qalmayıb.

Belə olan halda məntiqi sual ortaya çıxır ki, ATƏT-Minsk qrupu kimə lazımdır?
 

Yalnız dalana dirənmiş Ermənistana. ATƏT-in Minsk qrupunun tarixin yaddaşına həkk olunması üçün isə üzv dövlətlərin birgə keçirəcəkləri sammitində qərar verilə bilər.


Bunun üçün isə ən azından Minsk qrupunun hənsədr dövlətləri arasında da sabit diplomatik münasibətlər olmalıdır. İndiki şəraitdə isə bu bir qədər qeyri-real görünür”.  

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO