Ukrayna müharibəsinin SİRLƏRİ üzə çıxır – Rusiya Qərblə hansı planı qurub?

Ukrayna müharibəsinin SİRLƏRİ üzə çıxır – Rusiya Qərblə hansı planı qurub?

Hazırda oxunan: Ukrayna müharibəsinin SİRLƏRİ üzə çıxır – Rusiya Qərblə hansı planı qurub?

65833

“Ukraynadakı müharibə uzun illərin planıdır. Şərqdə yaranmış Çin təhlükəsi üçün Ukraynada baş verənlər yeni Çin səddinin yaradılmasına xidmət edir. Bu əraziləri Rusiyanın nüfuz dairəsinə qaytarmaqla blokada yaradılır. Rusiyanın keçmiş sərhədlərini bərpa etmək iddiasına gətirib çıxaran, bu ambisiyaları yaşadan da məhz ABŞ, Avropa İttifaqı və NATO-dur”.

Bu fikirləri Bizim.Media-ya politoloq Cümşüd Nuriyev söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ Türkiyə ilə S-400-lərlə bağlı danışıq apardığını təsdiqlədi - Ukraynaya veriləcək?


Məsələdə konspiroloji məqamlar çox olsa da o, fikrini davam etdirərək bildirib ki, burada uzun müddət gizli danışıqlar gedib ki, yenidən SSRİ-ni bərpa etməklə Çini bir növ blokadaya almaq istəyirlər:

“Çünki Çinin yürütdüyü siyasət ABŞ-ı çox qorxuya salır. Bir sözlə dünya düzənini dəyişmək istəyirlər. Əgər bu şəkildə davam etsə, beynəlxalq təşkilatların və Avropa İttifaqının göstərdiyi mövqe ilə SSRİ-nin bərpa edilməsi proqnozlaşdrıla bilər. Çünki Lukaşenko da bəyan etdi ki, istəyirik Ukrayna da bizim kimi Rusiyanın yanında olsun. Artıq ittifaq dövləti məsələsi gündəmə gəldi. Bu yaxınlarda Lujniki stadionunda Oleq Qazmanovun səsləndirdiyi mahnı da bunun ideoloji tərəfinin mədəni tərənnümüdür”.

Cümşüd Nuriyev əlavə edib ki, sözügedən məsələ gerçəkləşməyə doğru getsə, Azərbaycan birmənalı şəkildə Türkiyə ilə birləşməyi bəyan etməlidir:

“Ötən ilin noyabrında İstanbul sammitində Türkdilli dövlətlərin təşkilatı yarandı. Bu təşkilatın əsası 2019-cu ildə Naxçıvanda qoyulmuşdu. Rusiyanın SSRİ yaratmaq ambisiyalarının yeganə alternativi “Turan”-ın yaradılmasıdır”.
 

Politoloq sonda vurğulayıb ki, nə dərəcədə biz bu işin öhdəsindən gələ biləcəyik, deyə bilmərəm.


“Çünki Azərbaycanın öz dövlət maraqları var. İndiki şəraitdə aqressiv bir dövlətlə üz-üzə gələ bilmərik. Yeganə sığortamız Türkiyənin yanımızda olmasıdır” – deyə fikrini tamamlayıb.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO