Moskvalı Konstantin Şulika ermənilərin sevimlisi olan jurnalist Vladimir Pozneri və "Vkontakte" sosial şəbəkəsini məhkəməyə verib, çünki onun heç bir sorğusu "Pozner Online" İnternet Cəmiyyətinin iştirakçısını məsuliyyətə cəlb etməyə kömək etməyib.
Bizim.Media xəbər verir ki, istifadəçi digər şərhçiləri təhqir edib və qrup administratorları buna reaksiya verməyib. Bu barədə Telegram-kanal Mash yazır.
Şulika Rusiyadakı vəziyyət barədə istifadəçilərlə mübahisə edib. Guya vəziyyət heç də hamının dediyi kimi qorxunc deyil. O, opponentindən konstruktiv tənqid gözləməyib. Bundan əlavə, cəmiyyətin digər iştirakçılarını da təhqir edib, nəticədə hücum başlayıb.
Sonra moskvalı moderatordan cavab almadan, hüquq-mühafizə orqanlarına müraciət edib. Asayişçilər təhqir edən istifadəçinin şəxsiyyətini müəyyənləşdirməyiblər. Ümidsiz qalan Şulika hüquqşünasların məsləhəti ilə 200 min rubl təzminat tələbi ilə iddia qaldırıb.
"İşgüzar nüfuzun, şərəfin və ləyaqətin müdafiəsi haqqında" işə cavabdeh qismində "Vkontakte"nin Administrasiyası və Vladimir Pozner çıxış edir.
Şulika bunu onunla izah edir ki, jurnalist səhifənin sahibidir və bir halda ki, başqa heç kəs məsələni həll edə bilməyib, deməli o, cavabdehlik daşımalıdır.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:40 / 27.12.2020
Moskvalı Konstantin Şulika Pozneri məhkəməyə verdi
Hazırda oxunan: Moskvalı Konstantin Şulika Pozneri məhkəməyə verdi
Hazırda oxunan: Moskvalı Konstantin Şulika Pozneri məhkəməyə verdi
6553
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.