Millət vəkilindən SÜLH SAZİŞİ AÇIQLAMASI: “Yenidən ATƏT-in Minsk qrupu...” 

Millət vəkilindən SÜLH SAZİŞİ AÇIQLAMASI: “Yenidən ATƏT-in Minsk qrupu...” 

Hazırda oxunan: Millət vəkilindən SÜLH SAZİŞİ AÇIQLAMASI: “Yenidən ATƏT-in Minsk qrupu...” 

65479

“Əslində Ermənistan gecikir. Ermənistan bir dövlət kimi xilas olmaq üçün dərin iqtisadi-sosial böhrandan çıxmaq və öz təhlükəsizliyini təmin etmək üçün tezliklə Azərbaycanla sülh sazişini imzalamalı, Türkiyə ilə münasibətləri normallaşdırmalıdır”.

Bu fikirləri Bizim.Media ilə dialoq zamanı millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

ATƏT-dən sərhəddəki gərginliklə bağlı BƏYANAT


Belə ki, erməni mətbuatında Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün Ermənistan XİN-in nəzdində ekspertlər qrupunun yaradılması xəbərinə münasibət bildirən deputat bu addımın atılma səbəblərinə də aydınlıq gətirib:

“Ermənistanın xilas yolu ilk növbədə bütün qonşu ölkələrə ərazi iddialarına son qoyaraq, normal əməkdaşlıq mühitinə keçməkdən gedir. Nə qədər tez belə bir sülh müqaviləsi imzalanarsa, kommunikasiyalar açılarsa, sərhədlərin delimitasiyası bitirilərsə, Ermənistan bölgədə həyata keçirilən çox önəmli layihələrin bir parçası ola bilər.

Ermənistan normal qonşuluq münasibətlərindən ancaq qazana bilər. Əks təqdirdə, Ermənistanın bir dövlət kimi mövcudluğu sual doğurur. Zənnimcə, rəsmi İrəvan bu istiqamətdə bütün zəruri addımları atmalı və tezliklə sülh müqaviləsini imzalamalıdır. Əgər onların ekspert qrupu yaratması xəbəri doğrudursa, biz istərdik ki, bu səmimi addım olsun və Minsk qrupuna bənzər prosesə çevrilməlidir”.

Asim Mollazadənin fikrincə, Ermənistanın istəyi danışıqlar prosesini uzatmaqdır:
 

“Çox güman ki, rəsmi İrəvanın istəyi yenidən 30 illik Minsk qrupu yaratmaqdır. Minsk qruplarının taleyinin nə ilə yekunlaşdığını biz görürük.


Əslində, ikitərəfli danışıqlarla sülhə, sazişə gəlmək ən düzgün yol olardı.  Tezliklə sülh müqaviləsinin imzalanması Ermənistanın yeganə xilas yoludur. Ermənistan çox gözəl anlayır ki, onun bölgədə yeganə xilaskarları Azərbaycan və Türkiyə ola bilər”. 

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO