Rusiya “Bayraktar”a rəqib hazırlayır - FOTO

Rusiya “Bayraktar”a rəqib hazırlayır - FOTO

Hazırda oxunan: Rusiya “Bayraktar”a rəqib hazırlayır - FOTO

6532

Rusiyanın ağır hücum pilotsuz uçuş aparatı olan “Oxotnik”-in 2021-ci ildəki təlimlərində ilk dəfə hava hədəflərinə qarşı istifadə edəcəyi açıqlanıb.

Rus hərbi mənbələrindən verilən məlumata əsasən hücum funksiyasına sahib Rusiyanın ilk ağır pilotsuz uçuş aparatı olan “Oxotnik” (Hunter) 2021 təlimlərində ilk dəfə hava hədəflərinə qarşı silah istifadə ediləcək.

"Oxotnik” pilotsuz uçuş aparatının ilk raket atışları daha əvvəl Su-57-lərdə sınaqdan keçirilmiş hava-hava sinifi raketlərlə həyata keçiriləcək. Təlimlərin 2021-ci ilin ikinci yarısında planlaşdırıldığı bildirildi. Atışların real hava hədəflərinə qarşı tətbiq ediləcəyi nəzərdə tutulur.

Mənbə qeyd edib ki, “Oxotnik” "havadan yerə" silahlarla da təchiz ediləcək və uzun mənzilli pilotsuz uçuş aparatı kimi istifadə edilə bilən çoxfunksiyalı uçuş aparatına çevriləcək.

“Oxotnik”-in ilk uçuşu 2019-cu ilin avqust ayının əvvəlində reallaşmışdı və təxminən 20 dəqiqə davam etmişdi. Bir mühərrikli, 20 tonluq döyüş maşını bir operatorun rəhbərliyi altında 600 metr hündürlüyə qədər yüksəlmiş və ilk sınaq uçuşunda uğurla eniş etmişdi.

Suxoy şirkəti tərəfindən yaradılan və Rusiya ordusundakı hücum funksiyalarına sahib ilk pilotsuz uçuş aparatı olacağı gözlənilən “Oxotnik”, radarlara yaxlanmayan xüsusi materiallar və örtüklərdən istifadə edərək istehsal edilib.

“Oxotnik”-də istifadə olunan AL-31 seriyalı turbo mühərrik Su-27 qırıcılarında da istifadə olunur. Silah avadanlıqları da daxil yeni pilotsuz uçuş aparatının maksimum qalxma çəkisi 20 tona çatır.

Ekspertlər Rusiyanın pilotsuz uçuş aparatları sahəsində gördüyü işləri regionda Türkiyənin bariz hava üstünlüyünü balanslaşdırmaq üçün həyata keçirilən addım kimi qiymətləndirir.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO