Dairə daralır: Moskva postsovet məkanını əlində saxlaya biləcəkmi?

Dairə daralır: Moskva postsovet məkanını əlində saxlaya biləcəkmi?

Hazırda oxunan: Dairə daralır: Moskva postsovet məkanını əlində saxlaya biləcəkmi?

6529

"Rusiya hələki keçmiş Sovet İttifaqı regionunda liderliyin saxlayıb, bu və ya digər məsələləri uğurlu-uğursuz həll edə bilir. Buna rəğmən Kreml gələcəyə baxmır".

Bizim.Media xəbər verir ki, bu fikirlər MDU-nun tarix fakültəsinin dekan müavini Dmitri Andreyevin "ekspert.ru"da dərc olunan məqaləsində yer alıb.

Müəllif qeyd edir ki, 2020-ci il Moskvanın "tərəfdaşlığa məcburetmə" ilə bağlı vahid strategiyasının tükəndiyini sübut etdi. Sual yaranır ki, regiondakı tərəfdaşlıq inteqrasiyası hansı qanunlara tabedir!? Çar Rusiyası zamanı əsas məntiq kimi imperiyanın həyatı götürülür və ərazilər genişləndirilirdi və bu xətt qırmızı imperiya - SSRİ dövründə də davam edirdi.

Yəni əvvəllər Moskva bütün digər xalqları vahid Rusiya mədəni meydanında toplaya bilirdisə, hazırda bu mümkünsüzləşib. Çünki Kreml yeni ərazilər iddiasına qalxsa, beynəlxalq qalmaqal və sanksiyalara tuş gələ bilər.

Bununla yanaşı keçmiş sovet respublikalarının hamısı Rusiya ilə məsafə saxlayır. Baltikyanı dövlətlər bu uzaqlaşmanın SSRİ süqutundan əvvəl də nümayiş etdirirdi.

Dmitri Andreyev zamanla Ukraynanın da anti-rus istiqamət aldığını qeyd edərək, bildirdi ki, hazırda postsovet məkanına aid dövlətlərin hamısı 2 seçim arasında qalıb: Rusiya ilə, yaxud Rusiyaya qarşı olmaq!? Bu vəziyyətdə neytrallıq və qeyri-müəyyənlik mümkün deyil. Qismən tanınmış və tanınmayan respublikaları çıxmaqla postsovet məkanında tam olaraq Rusiyameyilli dövlət yoxdur. Anti-rus dövlətlərin isə çox olduğunu qeyd edən tarixçi GUAM-a toxunaraq Tbilisi, Kiyev, Kişinyov və Bakının müəyyən formada Moskvaya qarşı olduğunu yazır.

Bu səbəbdən Rusiya imperiya dövründəki siyasi manevrlərini təkrarlayır. Putin bu siyasəti özünəməxsus təkrarlanan alqoritm halına gətirib. Belə ki, bu və ya digər postsovet ölkəsində böhran yaşanan kimi Kreml həmin dövlətin rəhbərliyinə deyir ki, "situasiya çətindir, əgər hakimiyyətdə qalmaq istəyirsənsə, Rusiyayönümlü siyasətə keç". Lakin Putinin bu siyasəti özünü həmişə doğrultmur, 2016-cı il Türkiyədə hərbi çevrilişə cəhd və Moskvadan Ərdoğana gələn dəstəyi nümunə göstərmək olar.

Müəllif gücü tükənən Rusiyanın özünü səfərbər etməsi üçün Gürcüstan-Cənubi Osetiya, yaxud Krımın birləşdirilməsi fonunda motivlərin lazım olduğunu qeyd edib. Lakin 2020-ci il göstərdi ki, belə ssenarilərlə "tərəfdaşlığa məcburetmələr" uğursuzdur. Sübut kimi sonuncu Qarabağ savaşını göstərmək olar. Prezident İlham Əliyev üçün savaşda qələbə həm ərazi bütövlüyünün bərpası, həm də Azərbaycanın hərbi-müdafiə gücünün nümayiş idi. Türkiyə Azərbaycanın yanında olsa da, İran ermənipərəst siyasət sərgilədi.

Tehran narahatçılığı həm Ankaranın güclənməsi, həm də İsrailin Azərbaycan tərəfdə olmasıdır. Rusiya isə 30 ildən sonra Dağlıq Qarabağa qayıtdı və yəqin ki, yaxında ermənilər Paşinyanı satqın damğası ilə istefaya yollayacaqlar. Yeni erməni hökuməti isə mütləq ruspərəst olacaq.

Bütün postsovet məkanındakı Kreml siyasətinin nədən ibarət olduğunu təsvir edən Dmitri Andreyev Rusiyanın siyasətini Çin oyunu olan "Qo"ya oxşadıb:"Rəqibin daşına nəfəs almaq yeri qoymur".

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO