Rusiyalı politoloqdan sərt AÇIQLAMA: “May ayında Zelenski olmayacaq”

Rusiyalı politoloqdan sərt AÇIQLAMA: “May ayında Zelenski olmayacaq”

Hazırda oxunan: Rusiyalı politoloqdan sərt AÇIQLAMA: “May ayında Zelenski olmayacaq”

65158

“Mənə tez-tez Qərbin Rusiyaya qarşı sanksiyaları ilə bağlı suallar verirlər. Buna rus dilinin geniş imkanlarından istifadə edərək, xüsus ifadələrlə cavab vermək istərdim, amma cavablarım biraz kobud səslənə bilər”.

Rusiyalı politoloq Yevgeni Mixaylov Bizim.Media-nın sualların cavablandırarkən belə deyib.

O, bildirib ki, əslində Rusiyaya qarşı sanksiyalar Aİ ölkələri və ABŞ üçün yaxşı heç nə vəd etmir: 

“Bundan daha çox özləri  əziyyət çəkəcəklər. Rusiya artıq onlara öyrəşib. İqtisadiyyat isə qlobal və dövridir. Əgər Qərb bizimlə iş qurmaq istəmirsə, o zaman biz başqaları ilə ticarət qurub, dostluq edəcəyik. Həmişə bir çıxış yolu var”.

Mixaylov qeyd edib ki, sanksiyalar Rusiya iqtisadiyyatını səfərbər edir və xarici amillərdən asılılılığı azaldır:

“Bizim xeyli dostumuz və tərəfdaşlarımız var. Onların arasına Azərbaycan da daxildir. Mənim buna heç bir şübhəm yoxdur ki, Azərbaycan yaranmış vəziyyətdən öz iqtisadi və siyasi faydaları üçün istifadə edəcək”.

Politoloq Ukrayna tərəfinin Rusiya ilə sülh müqaviləsinin ən geci may ayında baş tutacağına da münasibət bildirib:  

“Ukrayna prezidenti Zelenskinin aparatının irəli sürdüyü danışıqların mayın əvvəlində baş tuta biləcəyi fərziyyələrinə gəlincə, qeyd edim ki, bu sadəcə spekulyasiyadır. Ukraynanın demilitarizasiyası üzrə əməliyyat plana uyğun gedir və mən düşünürəm ki, Rusiyanın irəli sürdüyü bütün şərtlər razılaşdırıldıqdan sonra danışıqlarda nəticələr əldə oluna bilər. Əks halda, danışıqlar mümkün olmayacaq.
 

Digər ölkələrin nə düşünməsindən asılı olmayaraq Moskva, nəyin bahasına olursa olsun, öz maraqlarını müdafiə edir.


Və bütün olanlar da Qərb müttəfiqlərinin NATO-nun genişləndirilməsi və onların sərhədlərimiz boyunca nüvə və bioloji silahların hazırlanmasının yolverilməzliyi ilə bağlı Rusiyanın narahatlığına məhəl qoymadıqdan sonra baş verdi. Çox güman ki, artıq may ayında reallaşacaq  danışıqlarda Ukraynanı təmsil edəcək şəxs Zelenski olmayacaq”, - deyə politoloq fikrini tamamlayıb.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO