Makron Paşinyanla danışıqlarının üstünü açdı

Makron Paşinyanla danışıqlarının üstünü açdı

Hazırda oxunan: Makron Paşinyanla danışıqlarının üstünü açdı

6511

Fransa prezidenti Ermənistanın baş nazirindən giley edib. Onu telefon zənglərinə doğru-dürüst cavab verməməkdə və Fransanın köməyindən imtina etməkdə suçlayıb.

Bizim.Media Ermənistanın “Qraparak” qəzetinə istinadan məlumat verir ki, Makron bu fikirləri  10 noyabr axşamı sülh razılaşmasının imzalanmasından bir neçə gün sonra Fransa Erməni icmasının nümayəndələri ilə görüşü zamanı səsləndirib.

Qəzetin verdiyi məlumata görə Fransa prezidenti 44 günlük müharibə ərzində Nikol Paşinyanla müntəzəm olaraq əlaqə saxladığını və ona öz köməyini təklif etdiyini bildirib. Hətta Makron Paşinyana telefon zəngələri ilə yanaşı qısa mesajlar da ünvanlayıb. Lakin Nikol Paşinyan Makronun zəngələrinə cavab versə də, müharibə ərzində heç vaxt öz təşəbbüsü ilə Fransa prezidenti ilə əlaqə saxlamayıb. Digər tərəfdən Fransanın Ermənistana dəstəyini ifadə edən Makron Nikol Paşinyanın müharibə ərzində hər hansı kömək istəmədiyinə də diqqət çəkib.

Makron eyni zamanda 10 noyabr sazişindən əvvəlki və sonrakı günlərdə də Paşinyanın onunla əlaqə saxlamadığına təəccübləndiyini də əlavə edib. Paşinyan bu cür razılaşmaya məcbur edilməsi və ya belə bir təklifin gündəmdə olması ilə bağlı ona heç bir məlumat verməyib.

Baxmayaraq ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir və Makron da Fransanın prezidentidir. Nikol Paşinyan ən azından məsələ ilə bağlı Fransanı məlumatlandıra və önəmli məsələlərdə Fransanın dəstəyindən istifadə edə bilərdi, deyə Makron əlavə edib.

Erməni icmasının nümayəndələrinin də Paşinyan haqqındakı fikriləri ilə maraqlanan Makron müharibə dövründə və sülh sazişi ərəfəsində Ermənistan baş nazirinin sərgilədiyi mövqedən narazı olduğunu bildirib.

Qəzetin verdiyi məlumatda diqqət çəkə əsas məqam isə Makronun Fransadakı erməni icmasının nümayəndələri qarşısında özünü təmizə çıxarmaq cəhdləridir. Daha əvvəl müharibə müddətində Fransanın erməni təəssübkeşliyinin səbəbləri haqqında öz təhlillərimizi vermişdik. Makronun Ermənistanı önəmsəmədiyini, əksinə 2022-ci ildəki seçkilərdə Fransadakı erməni icmasının nüfuzundan və parlamentdəki mövqeyindən istifadə üçün bu addımı atdığını qeyd etmişdik.

Görünən odur ki, Makron Fransadakı erməni icmasının gözündə “Fransa əlindən gələn hər şeyi edib, ancaq Paşinyan Fransanın köməyindən birmənalı sürətdə imtina edib” obrazını yaratmağa çalışıb. Çünki ancaq bu cür, Ermənistan məsələsindəki uğursuzluğun əsas səbəbkarının Paşinyan olduğunu göstərməklə erməni icmasının dəstəyini qoruyub saxlaya bilərdi. Beləliklə, Makronun nakam Ermənistan sevdası da ömrü 40 gün olan peşələr kimi iç üzünü açaraq sona çatmış oldu.

Rəvan Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO