Məmurlar deputatlar arasında niyə ayrıseçkilik edir? - YAP-çı deputatlardan SORĞU 

Məmurlar deputatlar arasında niyə ayrıseçkilik edir? - YAP-çı deputatlardan SORĞU 

Hazırda oxunan: Məmurlar deputatlar arasında niyə ayrıseçkilik edir? - YAP-çı deputatlardan SORĞU 

65109

Milli Məclisin martın 15-də keçirilən plenar iclasında hökumətin 2021-ci il üçün hesabatı dinlənildikdən sonra bir sıra millət vəkilləri seçicilərinin problemləri ilə bağlı hökumət nümayəndələrinə müraciətlərini çatdırdılar.

Əksər deputatlar problemlərin həlli istiqamətində Nazirlər Kabinetindən müfaviq tədbirlərin görülməsini xahiş etdilər. 

Lakin iki millət vəkili Sabir Rüstəmxanlı və Tahir Kərimli vətəndaşların problemləri ilə bağlı müvafiq dövlət orqanlarına etdikləri müraciətlərə etinasız yanaşılmasından, yaxud da istənilən cavabların verilməməsindən şikayətləniblər.

Bəs, digər deputatlar da oxşar problemlərlə qarşılaşıblarmı?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Elman Nəsirovun sözlərinə görə, bu cür problemin səsləndirilməsi ciddi bir siqnaldır:

“İclas zamanı həmkarım Tahir Kərimli müvafiq hakimiyyət orqanlarına müraciət edərkən, onların telefon zənglərini açmaması, yaxud da zənglərə aşağı səviyyədə cavab verilməsi və əlaqə saxlanılmaması ilə bağlı problemlərin olduğunu dilə gətirdi. Bu məsələ daha əvvəl də həmkarlarımız tərəfindən qabardılıb. Hesab edirəm ki, bu bir siqnaldır. Baş nazirin iştirakı ilə keçirilən və Nazirlər Kabinetinin hesabat verdiyi məqamda bu məsələrin qabardılması onu göstərir ki, bu kimi hallar var. Yəqin ki, hökumət üzvləri də bu siqnallardan nəticə çıxaracaqlar.
 

MÖVZU İLƏ BAĞLI:

Son 1 ildə korrupsiya ittihamı ilə həbs olunan MƏMURLAR – Növbəti kim olacaq?


Tahir müəllim bu məsələləri qaldırırsa, bu təsadüfi deyil. Biz istiyərdik ki, bu cür hallar baş verməsin.

Bildiyiniz kimi, VI çağırış üzrə Milli Məclisin ilk iclasında Prezident İlham Əliyev deputatlara xitabən söylədi ki, “xalqın içində olun, onların problemlərini öyrənin, araşdırın, həllinə nail olun, məsələləri yerli və mərkəzi icra hakimiyyətləri qarşısında qaldırın. Hansısa məsələlər öz həllini tapmasa Prezident Aparatına qədər müraciət edin. O vaxta qədər ki, problemlər öz həllini tapsın”. Tahir müəllimin qeyd etdiyi kimi, əgər biz problemlərlə bağlı zəng edirik və məmur telefonu götürmürsə, problem də öz həllini tapmır”.

Millət vəkili Azər Badamov isə, oxşar problemlə qarşılaşmadığını qeyd edib:
 

“Seçicilərimlə görüşlər zamanı, onlar tərəfindən müəyyən məsələlər qaldırlır, həm də Milli Məclisə, ünvanımıza rəsmi şəkildə ərizələr daxil olur.


Bütün bu məsələlərlə bağlı mərkəzi icra hakimiyyəti orqanlarına müraciətlərimizi göndəririk və onlara cavab verilir. Hansı səviyyədə həll olunduğunu deyə bilmərəm, çünki müraciətlər çox olur. Lakin qanun çərçivəsində mümkün məsələlərə müsbət cavab verilir. Göndərdiyimiz sorğulara cavab almaq baxımından hər hansı problemimiz yoxdur”.

Deputat Vüqar İsgəndərov da müraciətləri ilə bağlı oxşar problemi yaşamadığını dilə gətirib:

“Ümumilikdə, oxşar problemlə rastlaşmamışam. Hər hansı bir məsələ ilə bağlı birbaşa olaraq həm telefon, həm də üz-üzə görüşərək narahatlıqları çatdıra bilirəm. Çox normal və adekvat cavab alıram, məsələnin həll olunması üçün də işlər görülür. Sadəcə olaraq, hər birimizi narahat edən məsələ o olur ki, sorğularımıza nazir yox, nazir müavini və ya idarə rəisi səviyyəsində cavab verilə bilir.
 

Bir neçə deputat da bunu dilə gətirib. Belə vəziyyət arzuolunan deyil. Deputat sorğusuna, minimum nazir müavini və ya komitə sədrinin müavini səviyyəsində cavab verilməlidir. 


Lakin ümumi olaraq oxşar problemim yoxdur. Birbaşa lazımi məsələ üzrə müvaqif orqanın rəhbəri ilə danışır, görüş təyin edir və fikirlərimi bildirirəm. Çox rasional formada müraciətlərimiz olur və işin həll edilməsi istiqamətində müvafiq addımlar atılır”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO