Bakıda Avropa İttifaqı və Azərbaycan arasında növbəti Təhlükəsizlik Dialoqu keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa İttifaqı baş katibinin müavini, Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) baş katibi Enrike Mora “Twitter” hesabında yazıb.
“Azərbaycan rəsmiləri ilə görüşlər keçirmək və III Aİ-Azərbaycan Təhlükəsizlik Dialoquna sədrlik etmək üçün Bakıdayam.
Rusiyanın Ukraynaya təcavüzü və onun daha geniş regional nəticələri ümumi problemləri həll etmək üçün daha sıx əməkdaşlıq tələb edir. Aİ regionda sülh və təhlükəsizliyə qətiyyətlə sadiqdir”, - o qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:25 / 16.03.2022
Bakıda Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqu keçiriləcək
Hazırda oxunan: Bakıda Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqu keçiriləcək
Hazırda oxunan: Bakıda Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqu keçiriləcək
65105
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.