XİN-dən Ararat Mirzoyana CAVAB: \

XİN-dən Ararat Mirzoyana CAVAB: \"Azərbaycanın mövqeyi aydındır\"

Hazırda oxunan: XİN-dən Ararat Mirzoyana CAVAB: \"Azərbaycanın mövqeyi aydındır\"

64973

"Ermənistanla münasibətlərin normallaşması ilə bağlı Azərbaycanın mövqeyi aydın və ardıcıldır".

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya verilən xəbərə görə, bu, Azərbaycanın iki dövlət arasında münasibətlərin normallaşması ilə əlaqədar təklifləri ilə bağlı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın söylədiklərinə dair şərhində əksini tapıb.
 

MÖVZU İLƏ BAĞLI:

XİN-dən Abxaziyadakı qondarma "seçkilər"lə bağlı AÇIQLAMA


"Azərbaycan münaqişə sonrası iki ölkə arasında münasibətlərin normallaşması və bölgədə sülh quruculuğu məsələlərinin vacibliyini nəzərə alaraq, bu xüsusda təkliflərini irəli sürüb və bu istiqamətdə irəliləməyə hazırdır.

Əgər Ermənistan da məsələyə ciddi şəkildə yanaşırsa, o zaman konkret təkliflərini təqdim etməli və beləliklə də, substantiv və nəticəyə yönəlik danışıqlara başlamağa hazır olduğunu nümayiş etdirməlidir”, - XİN-dən bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO