Sabir Rüstəmxanlıdan həmkarlarına ETİRAZ: “Sanki hökumət Milli Məclisə yox, Milli Məclis hökumətə hesabat verir”

Sabir Rüstəmxanlıdan həmkarlarına ETİRAZ: “Sanki hökumət Milli Məclisə yox, Milli Məclis hökumətə hesabat verir”

Hazırda oxunan: Sabir Rüstəmxanlıdan həmkarlarına ETİRAZ: “Sanki hökumət Milli Məclisə yox, Milli Məclis hökumətə hesabat verir”

64934

“Büdcədən fərqli olaraq hökumətin hesabatının müzakirəsinə 1 gün vaxt verilib. Bu məsələləri bir gündə yekunlaşdırmaq mümkün deyil”.   

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Sabir Rüstəmxanlı Milli Məclisin plenar iclasında çıxışı zamanı səsləndirib.  

Deputat fikirlərini bu cür davam etdirib:  

“Bəzi deputatları çıxış üçün yazılır, bəziləri yazıla bilmir. Bəzi rayonların şikayətləri səslənir, bəziləri səslənmir.
Təəssüf ki, bizim həmin problemləri hökumət dairələrinə çatdırmaq imkanlarımız da geniş deyil. Vurulan zənglər etinasızlıqla qarşılanır. Bizə müraciətə baxılacağı deyilir, lakin aylarla cavab gəlmir. Ana müxalifət partiyasının sədri olaraq, mənə çıxış etmək üçün şərait yaradılmasını xahiş edirəm”  

Millət vəkili qeyd edib ki, deputatlar elə çıxış edirlər ki, sanki hökumət Milli Məclisə yox, Milli Məclis hökumətə hesabat verir.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO