Amerikalı analitik, ABŞ-ın keçmiş Dövlət Katibi Ceyms Beykerin Sovet Vətəndaşlığı və Baltikyani işlər üzrə xüsusi müşaviri Pol Qobl Bizim.Media-ya müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Ukraynadakı müharibə dünya çapında bir neçə cür adlandırılır. Hətta bunu Putin və Zelinskinin müharibəsi kimi adlandıranlar da var. Bəs, siz bu mübarizəni necə adlandırardınız?
- Bu, Ukraynanın öz müstəqilliyinin və suverenliyinin Rusiyadan müdafiəsidir. Bu, həm də son dövrlərlər Rusiyanın yürütdüyü siyasətə əsaslanan Moskvanın dəyərləri ilə beynəlxalq birliyin dəyərləri arasında aparılan müharibədir.
- ABŞ prezidenti Co Bayden konqresdəki son çıxışlarından birində Rusiyanın ümumi bank sistemindən çıxarılması, ABŞ hava məkanının Rusiya üçün qapadılması kimi ciddi sanksiyaların reallaşdığını açıqladı. Sizə görə sırada hansı sarsıdıcı sanksiyalar ola bilər?
- Sanksiyalar siyahısına getdikcə daha çox Rusiya bankları əlavə olunacaq, çünki Rusiya şirkətləri və Rusiya bankları indiyədək banklara qarşı tətbiq edilən sanksiyaların əziyyətini daha çox çəkəcəklər. Məhz bu sanksiya birbaşa olaraq Rusiyanın maliyyə sisteminin çökməsinə doğru hesablanmış sanksiyadır və məncə ən böyük zərəri də məhz bu qəbildən olan sanksiyalar vuracaq.
- NATO baş katibi Yans Stoltenberq belə bir fikir səsləndirib: “NATO Rusiyaya yaxın olan Polşa, Litva, Estoniya kimi ölkələrə öz qoşunlarını toplayır və əgər Rusiya ilə onlar arasında münaqişə yaranarsa, o torpaqların hər qarışı üçün vuruşacağıq”. Sizcə bu ehtimal nə dərəcədə realdır ?
- NATO-nun nizamnaməsi ona üzv olan ölkələrdən birinə qarşı hücumun hamıya hücum olması prinsipinə əsaslanır. Putin NATO ölkələrinin istənilən birinə qoşun yeritsəydi, NATO döyüşəcəkdi. Bu siyahıya nəinki Latviya, Litva, Estoniya, eləcə də sizə qonşu dövlət olan Türkiyə də aiddir. Hadisələrin bu cür irəliləməsi, təbii ki özündə nüvə müharibəsi riskini ehtiva edir.
- Belə çıxır ki, Ukrayna-Rusiya savaşının həcmi genişlənərək üçüncü dünya müharibəsinə çevrilə bilər...
- Əgər Rusiya aqressiyasını davam etdirsə, bu ən narahat edici bir ehtimaldır. Dünya müharibəsində daha çox insan təlafatından söhbət gedir. Buna görə də dünyada güc mərkəzi olan dövlətlər bu sahədə xüsusilə ehtiyatlı davranmalıdırlar.
- Sizə də məlum olduğu kimi Rusiya qoşunları sülhməramlı qismində Qarabağdadır. Qərbin Rusiyaya qarşı kəskinləşən sanksiyaları Rusiyanın Cənubi Qafqazla bağlı siyasətində nə kimi dəyişikliklər yarada bilər?
- Rusiya böyük ehtimalla ondan dəstək istəyən region ölkələrinin müxtəlif məsələlərdə Moskvanın siyasətinə əməl etməsini tələb edəcək, təzyiqi artıracaq. Son günlərdə baş verən hadisələr və yaranan yeni reallıqlar Rusiyanın Cənubi Qafqaz regionundakı hər üç ölkə ilə münasibətlərini dəyişəcək. Dəyişikliklər isə orada yaşayan xalqların həyat tərzinə təsirsiz ötüşməyəcək.
Leyla Şah, Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:45 / 15.03.2022
Pol Qoblla ÖZƏL MÜSAHİBƏ: “Rusiya Cənubi Qafqaz ölkələrinə təzyiqi artıracaq”
Hazırda oxunan: Pol Qoblla ÖZƏL MÜSAHİBƏ: “Rusiya Cənubi Qafqaz ölkələrinə təzyiqi artıracaq”
Hazırda oxunan: Pol Qoblla ÖZƏL MÜSAHİBƏ: “Rusiya Cənubi Qafqaz ölkələrinə təzyiqi artıracaq”
64860
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.