Avropa İttifaqı ilə rəsmi Bakı arasında GƏRGİNLİK - Azərbaycan səfirinin məktubları erməni diasporuna ötürülüb

Avropa İttifaqı ilə rəsmi Bakı arasında GƏRGİNLİK - Azərbaycan səfirinin məktubları erməni diasporuna ötürülüb

Hazırda oxunan: Avropa İttifaqı ilə rəsmi Bakı arasında GƏRGİNLİK - Azərbaycan səfirinin məktubları erməni diasporuna ötürülüb

64665

Avropa Parlamenti Azərbaycan səfirinin məktublarını erməni diasporuna ötürməklə Avropa İttifaqı (Aİ) və rəsmi Bakı arasında gərginlik yaradıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Belçikanın Eureporter.co saytı məlumat yayıb. 

Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Azərbaycanın Ukraynaya humanitar yardım göndərməsini, Moldova və Cənub-Şərqi Avropaya qaz tədarükünü artırmağa hazır olmasını alqışladığı bir zamanda Azərbaycanın Aİ-dəki nümayəndəsi və Belçikadakı səfiri Vaqif Sadıqov Avropa Parlamentinin onun təcili diplomatik məlumatlarının (depeşa) erməni diasporuna ötürməsindən məyusluğunu ifadə edib. 

Azərbaycan səfiri özünün tviter səhifəsində bu barədə yazıb:

“İnanılmaz olsa da fakt budur ki, Avropa Parlamenti Azərbaycan səfirinin məktublarını məqsədyönlü şəkildə erməni diasporunun nümayəndələrinə ötürüb.

Avropa Parlamentinə ünvanlanan və bir çox həssas məsələlərə toxunan digər məktubların da parlamentdəki və onun ətrafındakı lobbiçilərə, nüfuzlu qruplara sızdırılıb-sızdırılmadığı maraq doğurur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO