Son günlər sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus müxtəlif texnikanın hərəkətini əks etdirən video və fotolar yayılır.
Müdafiə Nazirliyindən Bizim.Media-ya bildirilib ki, video və fotolar Vətən müharibəsi zamanı və əvvəllər keçirilmiş müxtəlif təlimlərdə qeydə alınan köhnə görüntülərdir.
"Hazırda Azərbaycan Ordusunun heç bir yerdəyişməsi və hərəkəti həyata keçirilmir.
Bu mövzuda aparılan müzakirələr ictimaiyyətdə yanlış rəyin formalaşmasına, eyni zamanda hərbi və dövlət sirlərinin yayılmasına səbəb olur.
Sosial şəbəkə istifadəçilərini bu cür təxribatlara uymamağa, həmçinin rəsmi təsdiqini tapmayan məlumatları yaymamağa çağırırıq", - nazirlikdən bildirilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:58 / 13.03.2022
Ordumuzun heç bir yerdəyişməsi həyata keçirilmir, video və fotolar köhnədir - MN
Hazırda oxunan: Ordumuzun heç bir yerdəyişməsi həyata keçirilmir, video və fotolar köhnədir - MN
Hazırda oxunan: Ordumuzun heç bir yerdəyişməsi həyata keçirilmir, video və fotolar köhnədir - MN
64516
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.