Ceyhun Bayramov Ermənistana 5 maddəlik təklifin DETALLARINI açıqladı

Ceyhun Bayramov Ermənistana 5 maddəlik təklifin DETALLARINI açıqladı

Hazırda oxunan: Ceyhun Bayramov Ermənistana 5 maddəlik təklifin DETALLARINI açıqladı

64447

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rəsmi Bakının Ermənistana 5 maddədən ibarət təklif verməsinin məqsədlərini açıqlayıb.

Bizim.Media-nın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan Ermənistana sülh müqaviləsi üzərində işləməyi təklif edir.

"Sülh müqaviləsi böyük, ciddi sənəddir və bu, uzun müddət üzərində işləyib razılaşdırmaq anlamına gələ bilər. Ermənistan bu gün bunu etməyə hazır deyilsə, hansısa daxili siyasi proseslər və digər məsələlər baxımından tərəddüd edirsə, bunun şərhini özlərinə həvalə edirik.

Prosesi müəyyən mənada onlar üçün asanlaşdırmaq üçün növbəti sənədi hazırladıq. Azərabycan və Ermənistan dövlətlərarası münasibətlərinin normallaşdırılması üçün baza prinsipləri və onun çərçivəsini təqdim etdik. Əsas hədəf və məntiq də bundan ibarətdir.

Sənəddə olan prinsiplərin hamısı beynəlxalq hüquqa əsaslanır. Orada heç bir qeyri-adi müddəalar yoxdur. Hesab edirik ki, həmin təkliflərdən imtina etmək məntiqsiz görünə bilər. Vaxtı qabaqlamaq istəmirəm və qarşı tərəfin cavabını gözləyək.

Ötən gün Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü ölkəsinin Azərbaycanla sülh müqaviləsi üzərində danışıqlara başlamaqla bağlı beynəlxalq vasitəçilərə müraciət etmək planları barədə açıqlama verib", - nazir vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO