Xəbər verdiyimiz kimi, martın 11-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu Yaxın Şərqdən 16 min könüllünün Ukraynada aparılan əməliyyatlara qatılmaq üçün müraciət etdiyini qeyd edib. Rusiya Prezidenti Vladimir Putin isə müdafiə nazirinin bu ideyasını dəstəkləyib.
İlk növbədə Şoyqunun qeyd etdiyi kimi, Yaxın Şərqdən Ukraynaya könüllü olaraq savaşmaq üçün 16 min nəfərin müraciət etməsinin reallıqdan uzaq olduğu aydın şəkildə sezilir.
Əksər siyasi şərhçilərin və hərbi ekspertlərin ortaq qənaətinə görə, həmin “könüllülər” əsasən Suriyada Bəşər Əsəd hökuməti tərəfdarı olan silahlı qruplaşmaların, həmçinin Hizbullahın nümayəndələridir. Və dünyanın bir çox ölkələrindən Ukraynaya könüllü olaraq savaşmaq üçün gələn şəxslərə ödənişlərin edildiyi kimi, Rusiya tərəfindən əməliyyatalara qatılanlara da muzd ödəniləcəyi sirr deyil.
Əsas narahatlıq doğuran məqam isə Rusiyanın Yaxın Şərqdən Ukraynaya gətirməyi hədəflədiyi muzdlu döyüşçülərin terror təşkilatları ilə olan bağlarıdır. Burada söhbət təkcə dini-ekstremist qruplardan getmir.
Belə ki, Qərb KİV-lərinin kəşfiyyat orqanlarına istinadən yaydığı məlumatlara görə, muzdluların Ermənistan ərazisindən keçməsi gözlənilir. Eyni zamanda əsasən Livanda və Suriyanın bəzi bölgələrində erməni terror qruplarının xeyli sayda tərəfdarlarının olduğu da bəllidir.
Onu da qeyd edək ki, hamımızın 44 günlük savaşdan nifrətlə xatırladığımız qırmızısaqqal Peqovun Ukraynada lentə aldığı görüntülərdə də ermənilərin əməliyyatlarda canla-başla iştirak etdikləri üzə çıxmışdı. Sırf bu amilləri nəzərə alaraq, 16 min “könüllü” arasında erməni terrorçularının olacağını da asanlıqla təxmin edə bilərik.
Söhbət 44 günlük müharibədən düşmüşkən...
Məlumdur ki, həmin dönəmdə Azərbaycanı qaralamaq məqsədilə ölkəmizə qarşı “suriyalı muzdlular” kartından istifadə olunurdu. Hamımızın yaxşı xatirindədir ki, erməni KİV-ləri, bir sıra xarici media orqanları Azərbaycan tərəfindən suriyalı terrorçuların döyüşlərə qatıldığını iddia edirdilər.
Bundan əlavə, bu cür “feyk” iddialarla çıxış edən şəxslər sırasında Rusiyadan olan bəzi dövlət rəsmiləri də var idi. O zamanlar qeyd olunurdu ki, Rusiyanın qonşuluğunda terror təşkilatlarının nümayəndələrinin varlığı qəbuledilməzdir.
Maraqlıdır ki, o zaman Azərbaycana qarşı bu saxta iddianı əllərində silah edənlərin dövləti bu gün Ukraynada eyni metoda əl atmalarından ən yüksək səviyyədə fəxarət hissi ilə söz açır.
O zamanlar erməni lobbisinin təsiri ilə eyni yalanları tirajlayıb, Azərbaycanı muzdlulardan istifadədə günahlandıran bir sıra Qərb ölkələri də bu gün öz vətəndaşlarına Ukraynada muzdla savaşmaq üçün fürsət tanıyır.
Lakin nə müharibə dövründə, nə də sonrakı dövrdə Azərbaycana atılan bu böhtanları sübut edəcək heç bir fakt ortaya çıxmadı. Əvəzində bu gün aralarında erməni terrorçuların olduğu muzdlular digər bir suveren ölkənin ərazisində döyüşlərə qatılmağa yollanırlar.
Bəhsini etdiyimiz bugünkü vəziyyət isə Azərbaycana qarşı ikili standartların böyüklüyünü və davam etməkdə olduğunu bir daha təsdiq edir.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:20 / 12.03.2022
İkili standartlar - Azərbaycanı haqsız ittiham edənlər bu gün Ukraynaya muzdlu toplayır - TƏHLİL
Hazırda oxunan: İkili standartlar - Azərbaycanı haqsız ittiham edənlər bu gün Ukraynaya muzdlu toplayır - TƏHLİL
Hazırda oxunan: İkili standartlar - Azərbaycanı haqsız ittiham edənlər bu gün Ukraynaya muzdlu toplayır - TƏHLİL
64444
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.