Hikmət Hacıyev Şimali Kiprin tanınmasından danışdı

Hikmət Hacıyev Şimali Kiprin tanınmasından danışdı

Hazırda oxunan: Hikmət Hacıyev Şimali Kiprin tanınmasından danışdı

64443

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi Bakının Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanıyıb-tanınmayacağı ilə bağlı sualı cavablandırıb.

Bizim.Media-nın məlumatına görə, o, Azərbaycanın Şimali Kiprdə baş verən prosesləri yaxından izlədiyini deyib:

"Şimali Kipr türkləri bizim qardaşlarımızdır. Onu da qeyd edim ki, Azərbaycanla Türkiyə müttəfiq ölkələrdir. Müttəfiq ölkələr olduğumuz üçün də iki ölkənin Xarici İşlər nazirlikləri və digər qurumları arasında intensiv və səmimi münasibətlərimiz var.

Biz bütün məsələləri müzakirə edirik. Bütün məsələlərdə də birgə, təmkinlə fəaliyyətimizi davam etdiririk. Şimali Kiprdən olan qardaşlarımızın da problemləri daim bizim qəlbimizdədir", - Prezidentin köməkçisi vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO