Putin-Zelenski görüşü müharibəni bitirə bilərmi? – “Azərbaycan sülhün tərəfindədir” 

Putin-Zelenski görüşü müharibəni bitirə bilərmi? – “Azərbaycan sülhün tərəfindədir” 

Hazırda oxunan: Putin-Zelenski görüşü müharibəni bitirə bilərmi? – “Azərbaycan sülhün tərəfindədir” 

64387

“Əlbəttə, mən Rusiya və Ukrayna Prezidentlərinin eyni masa arxasında əyləşməsini təqdir edirəm. Çünki bu, qısa müddətdə baş vermiş olsa, hər iki eyni kökənli xalqlar üçün çox vacib addım olar. Artıq 20 günə yaxındır müharibə davam edir və Ukrayna xalqı çox ağır vəziyyətə düşüb. Burada söhbət milyonlarla insandan gedir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasından politoloq Niyaməddin Orduxanlı bildirib.

Politoloqun sözlərinə görə, Putin-Zelenski görüşünün yaxın vaxtlarda baş tutması zəruridir:

“Düşünürəm ki, Zelenski və Putin arasında görüş qısa müddətdə baş versə, yaxşı olardı. Azərbaycan dövləti və xalqı da qısa müddətdə sülhün bərqərar olmasını arzulayır. Bu iki xalq yüz illər birlikdə yaşayıblar. Məncə, bütün müzakirələr masa üzərində aparmalıdır”.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ Ukraynada müharibəyə necə hazırlıq görürdü? - Gizlin MƏQAMLAR


Niyaməddin Orduxanlı münaqişə tərəflərinə dəyən böyük zərərdən də söz açıb:

“Burada tək Ukrayna xalqı ziyan görmür, həmçinin Rusiya dövləti çox ciddi iqtisadi sanksiyalarla üz-üzədir. Müharibə davam edərsə, Rusiyanın özünün dövlətçiliyi təhlükə ilə üzləşə bilər. Yəni, söhbət milyardlarla, trilyon dollarla ölçülən zərərdən gedir. Eyni zamanda əməliyyatların davam etdiyi şəraitdə, gündəlik xərclənən 100 milyonlarla dollarlıq vəsait də nəzərə alınmalıdır.
 

Bunlar çox ciddi maliyyə itkisi deməkdir. Xüsusən Qərbin Rusiyaya qarşı böyük sanksiyaları işə düşüb. Ona görə də, Rusiyanın öz daxilində ciddi iqtisadi təlatüm və sosial narazılıqlar baş qaldıra bilər”.


Politoloq Azərbaycanın sülhün tərəfində olduğunu da vurğulayıb:

“Düşünürəm ki, insanların həyatlarını itirməmələri üçün ölkə liderləri görüşüb, masa arxasında müzakirələr aparmalı, ölkələrin ərazi bütövlüyü pozulmamalıdır. Azərbaycan xalqı da 30 il separatçılıqdan əziyyət çəkib. Bu baxımdan, Ukraynanın ərazi bütövlüyünü tam dəstəkləyirik. Rusiya da Azərbaycanla müttəfiq dövlətdir. Biz bu müharibədə tərəf deyilik və savaşa qarışa da bilmərik. Azərbaycan sülhün tərəfindədir”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO