Baş nazir Müşahidə Şurasının iclasını keçirdi - FOTO

Baş nazir Müşahidə Şurasının iclasını keçirdi - FOTO

Hazırda oxunan: Baş nazir Müşahidə Şurasının iclasını keçirdi - FOTO

64121

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Baş nazir, AİH-nin Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində 2021-ci ildə Holdinqin görülən işlər barədə fəaliyyət hesabatı, üç portfel şirkətin “Azər-Türk Bank” ASC, “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti” və “Təmiz şəhər” ASC-nin fəaliyyətinin diaqnostikasının nəticələri, portfel şirkətlərində Koordinasiya Ofislərinin təşkili haqqında və digər cari məsələlər müzakirə edilib.

Holdinqin İdarə Heyətinin sədri Mətin Eynullayevin və Baş icraçı direktoru Ruslan Əlixanovun məruzələri dinlənilib.

Həmçinin iclasda diaqnostikanın nəticələri barədə aidiyyəti portfel şirkətlərin Müşahidə Şurasının sədrinin və şirkət rəhbərlərinin çıxışları ətrafında geniş müzakirələr aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO