Rusiya Nazarbayevi niyə “vurdu”? – Qazaxıstan liderinin Antalya səfərinin PƏRDƏARXASI 

Rusiya Nazarbayevi niyə “vurdu”? – Qazaxıstan liderinin Antalya səfərinin PƏRDƏARXASI 

Hazırda oxunan: Rusiya Nazarbayevi niyə “vurdu”? – Qazaxıstan liderinin Antalya səfərinin PƏRDƏARXASI 

64033

Xəbər verdiyimiz kimi, Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Antalya formunda iştirak etmək üçün Türkiyəyə gəlib.

Vəzifə səlahiyyətlərindən məhrum edilmiş keçmiş liderin diplomatik foruma dəvəti isə ciddi müzakirələrə səbəb olub. Əksər analitiklər, bu addımın atılmasını siyasi mesaj kimi qiymətləndiriblər.

Mövzunu Bizim.Media üçün şərh edən politoloq Qabil Hüseynlinin sözlərinə görə, Rusiyadan fərqli olaraq Ərdoğan Nazarbayevə Qazaxıstanın, Türk Dövlətləri Birliyinin qurucusu kimi yanaşır:
 

MÖVZU İLƏ BAĞLI:

Nazarbayev uzun fasilədən sonra siyasətə qayıtdı


“Doğrudur, Nazarbayevin ailəsi ilə bağlı məsələlərdə müəyyən nüanslar var. Lakin Tokayev və bir sıra digər şəxslər kimi mövqeyini dəyişənlərdən fərqli olaraq bu nüanslar Nazarbayevin tarixi xidmətlərinin üzərindən xətt çəkmir. Ərdoğan Nazarbayevin Türk Dövlətlər Birliyinin qurulmasındakı xidmətlərini, Türkiyə-Rusiya münasibətlərinin səhmana salınmasındakı rolunu unutmur.

Nazarbayev son dövrlərdə Türk dünyasının yetişdirdiyi ən böyük ictimai-siyasi xadimlərdən biridir.  Ərdoğan da bilir ki, Türk dünyasının gələcəkdə də vahid bir təşkilat kimi çıxış etməsində Nazarbayevin  potensialından geniş istifadə etmək mümkün olacaq”.

Qabil Hüseynli Nazarbayevin Antalyaya dəvətini Rusiyaya ünvanlanan mesaj kimi də qiymətləndirib:

“Biz bəzi şeyləri bilmirik, lakin Nazarbayevin başına açılan oyunlara səbəb Rusiyanın qurmaq istədiyi ittifaq dövlətinə daxil olmaqdan imtina etməsi və buna ciddi müqavimət göstərməsi oldu.

Hər zaman qeyd etdiyim kimi, Qazaxıstanda baş verən olayların arxasında Rusiya xüsusi xidmət orqanları dayanırdı. Ərdoğan da Nazarbayevi dəvət etməklə göstərdi ki, Türk dünyasının tək-tək yetişdirdiyi bu cür şəxsiyyətlərin qayğısına qalmaq lazımdır”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO