Erkin Qədirlinin ombudsmanla bağlı təklifinə Hikmət Babaoğludan CAVAB 

Erkin Qədirlinin ombudsmanla bağlı təklifinə Hikmət Babaoğludan CAVAB 

Hazırda oxunan: Erkin Qədirlinin ombudsmanla bağlı təklifinə Hikmət Babaoğludan CAVAB 

64018

Xəbər verdiyimiz kimi, Milli Məclisin martın 4-də keçirilən plenar iclasında millət vəkili Erkin Qədirli Ombudsman institutu ilə bağlı təkliflə çıxış edib.

Belə ki, deputat İnsan hüquqları üzrə müvəkkilə qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququnun verilməsinin vacibliyini qeyd edib.

Millət vəkili, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu sözügedən təkliflə bağlı fikirlərini Bizim.Media ilə bölüşüb.
 

MÖVZU İLƏ BAĞLI:

“Moskva Bəyannaməsi” milli təhlükəsizliyimiz üçün də qarantdır” - Hikmət Babaoğlunun ŞƏRHİ


Deputatın sözlərinə görə, qanunvericilk təşəbbüsü ilə hər kəs çıxış edə bilər:

“Eyni zamanda qəbul olunmuş müvafiq şərtlər çərçivəsində Azərbaycan vətandaşları qanunvericilik təşəbbüsü ilə çıxış edə bilərlər. Birbaşa yaxud dolayı vasitələrlə. Ona görə də, şübhəsiz ki, ombudsman institutu Azərbaycanda kifayət qədər formalaşmış və insan hüquqlarının qeyri-ənənəvi yollarla bərpa olunması istiqamətində çox uğurlar əldə etmiş qurumdur”.

Hikmət Babaoğlu qeyd edib ki, insan hüquqları üzrə müvəkkilin qanunvericilik təşəbbüsü ilə çıxış etməsi müsbət addım olardı:

“Şübhəsiz ki, belə bir qurumun qanunvericilik təşəbbüsü ilə çıxış etməsi, düşünürəm ki, yaxşı olardı. Nəticə etibarilə Azərbaycanda hüquqi dövlət var və hər bir vətəndaşın hüquqları Azərbaycanın hüquq sistemi tərəfindən qorunur. Və bunun daha səmərəli və qeyri-ənənəvi yollarla, yəni Ombudsman institutunun timsalında qorunması ilə bağlı hər hansı təşəbbüs olacaqsa, bu müsbət qiymətləndirilməldir”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO