“Ərdoğan Suriyada olduğu kimi Putini inandıra bilər” – Türkiyə ağır məqamda yenə DÖVRİYYƏDƏ  

“Ərdoğan Suriyada olduğu kimi Putini inandıra bilər” – Türkiyə ağır məqamda yenə DÖVRİYYƏDƏ  

Hazırda oxunan: “Ərdoğan Suriyada olduğu kimi Putini inandıra bilər” – Türkiyə ağır məqamda yenə DÖVRİYYƏDƏ  

63687

Rusiya və Ukrayna arasında danışıqların artıq 3-cü raundu geridə qalsa da münaqişə tərəfləri arasında razılıq əldə etmək mümkün olmayıb. Yalnız humanitar dəhlizlərin yaradılması məsələsində mövqelərin üst-üstə düşdüyü və problemin çözümə qovuşacağı açıqlansa da bu yöndə də praktiki nəticə müşahidə olunmadı.

Bəllidir ki, dialoqda nəticə əldə etmək üçün ya bir, ya da hər iki tərəfin öz mövqelərindən güzəştə getməsi şərtdir.

Bəs, tərəflər hansı halda güzəştə gedə bilərlər? 

Bizim.Media-ya müsahibəsində Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli sualımızı bu cür cavablandırıb:

“Rusiya tərəfinin şərtləri hər bir suveren dövlət üçün qəbuledilməzdir. İstər müəyyən ərazilərdən imtina etmək, istər müdafiə sistemlərdən əl çəkmək, istərsə də denazifikasiya məsələləri bu qəbildəndir. Əslində, Rusiya bu şərtləri irəli sürərkən onların qəbul edilməyəcəyini də yaxşı anlayırdı. Rusiya faktiki olaraq Ukraynaya təcavüz edir və təəssüf ki, bu, beynəlxalq arenada öz təsdiqini tapmır. Ukraynanın müttəfiqləri hesab olunan Qərb ölkələri yalnız Rusiyaya müəyyən məhdudiyyətlər tətbiq etmək və silah yardımı ilə kifayətləndilər. Düşünürəm ki, BMT Təhlükəsizlik Şurası Rusiyanın hərəkətlərini təcavüz kimi qiymətləndirməlidir.
 

Bundan sonra isə müvafiq tədbirlər görülə bilər. Lakin bunun baş verməsi mümkün deyil, çünki Rusiyanın özü Təhülkəsizlik Şurasının daimi üzvü olduğu üçün, onun lehinə olmadığı qərarı qəbul etmək olmaz”.


Partiya sədrinin fikrincə, Ukraynanın Avropa İttifaqı və NATO-ya daxil olması məsələsinin gündəmə gəlməsi, eyni zamanda beynəlxalq təzyiqlərin güclənməsi Rusiyanın mövqeyindən geri addım atmasına səbəb ola bilər.

Qulamhüseyn Əlibəyli münaqişə tərəfləri arasında danışıqlarda vasitəçi aktorların iştirakının nəticə əldə etməyə təsirləri ilə bağlı da fikirlərini bölüşüb:

“Hesab edirəm ki, Türkiyə, hətta Azərbaycan da vasitəçi qismində çıxış edə bilər. Xüsusilə də, Türkiyənin Rusiya ilə münasibətləri tarix boyu fərqlilik nümayiş etdirsə də rəsmi Ankara NATO üzvü kimi Rusiyaya qarşı sanksiyalara qoşulmayıb. Eyni zamanda Türkiyə Ukraynanın haqq işini də müdafiə edir. Bu səbəbdən Türkiyənin vasitəçiliyi effektiv ola bilər və Ərdoğan Suriyada olduğu kimi müəyyən məsələlərdə Putini inandıra bilər”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO