Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan rəsmi Ankaranın İsraillə daha sıx əlaqələr qurmaq istədiyini bildirib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Türkiyə mediası yayıb.
Onun sözlərinə görə, hazırda Türkiyə ilə İsrail arasında kəşfiyyat xarakterli görüş davam edir, lakin Fələstinlə bağlı məsələ hələ açıq qalıb.
“Fələstin siyasəti bizim qırmızı çizgimizdir. İsrailin Fələstinlə bağlı siyasətini qəbul etmək qeyri-mümkündür” Ərdoğan çıxışında deyib.
Ərdoğan, həmçinin 2018-ci ildə baş vermiş hadisələrə də diqqət çəkib: “Buna baxmayaraq, Ankara və İsrail arasında ticarət əlaqələri davam edib”.
Avqust ayında İsrail Türkiyəni Hamas təşkilatının üzvlərinə İstanbulda pasport verməsi iddiası ilə günahlandırıb, bunu “Kobud qeyri-dostluq addımı” kimi qiymətləndirib.
Bizim.Media