“44 günlük savaş və Azərbaycanın Zəfəri bölgədə yeni reallıq yaradıb”.
Bizim.Media xəbər verir ki, bunu bu gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov bildirib.
C. Bayramov deyib ki, artıq normallaşma ilə bağlı dialoqu başlamaq mümkündür:
MÖVZU İLƏ BAĞLI:
“Azərbaycan-Türkiyə münasibətləri hər zaman sıx olub” – Ceyhun Bayramov
“Azərbaycan Türkiyənin Ermənistanla münasibətlərinin normallaşmasını dəstəkləyib və dəstəkləyir. Bu, Ermənistan üçün bir fürsət, bu, bir imkandır. Azərbaycan və Türkiyənin mövqeyi beynəlxalq prinsiplərə əsaslanır. Bu istiqamətdə Azərbaycan və Türkiyə arasında tam koordinasiya mövcuddur.
Azərbaycan və Türkiyə arasındakı müttəfiqlik münasibətləri hansısa üçüncü ölkəyə qarşı yönəlməyib. Nə vaxt Ermənistan rəhbərliyi, cəmiyyəti başa düşəcək ki, Azərbaycan və Türkiyə üçün yaxşı olan Ermənistan üçün pis anlama gəlməyəcək, o vaxt münasibətlər inkişaf edəcək”.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu nəzərə çatdırıb ki, Türkiyə və Ermənistan xüsusi nümayəndələri iki dəfə görüşüblər: “Azərbaycan və Türkiyənin məqsədi yaxşı qonşuluq və münasibətlərin inkişafıdır. Azərbaycan və Türkiyə bu istiqamətdə koordinasiyalı fəaliyyətini davam etdirəcək”.
Bizim.Media