Qərb dövlətlərinin Rusiyaya elan etdiyi soyuq müharibədə sanksiyaların ard-arası kəsilmir. Rus vətəndaşlarının ABŞ və Avropaya girişinin məhdudlaşdırılmasından sonra soyadı “ov” və “yev” sonluğu ilə bitən şəxslər sözügedən regionlara buraxılmaya bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Osman Gündüz öz şəxsi feysbuk səhifəsində paylaşım edib və hər kəsi soyadını dəyişdirməyə çağırıb.
Millət vəkili Razi Nurullayevun sözlərinə görə, belə bir situasiyasının yaranması heç inandırıcı görünmür.
MÖVZU İLƏ BAĞLI:
Əslində Rusiya Ukraynadan nə istəyir?
“Bu haqda məlumata malik deyiləm, amma buna inanmağım da gəlmir. Həm də belə bir hal insan hüquqları və azadlıqlarına, eləcə də insan şəxsiyyətinə qarşı yaxşı olmayan bir hərəkətdir”.
Razi Nurullayev ehtimal oluna biləcək standartlardan da söz açıb.
“Bütün Rusiya vətəndaşlarına da bu qadağa qoyula bilməz. ABŞ və Avropa bu müharibədə günahı, töhfəsi olanları hədəf alır. Sadə kənddə yaşayan bir rusun, bir “babulya”nın, bir “dedulya”nın bu məsələyə nə aiddiyyəti var?”.
Millət vəkili məsələnin ikinci tərəfindən danışarkən, bu qadağanın bizim üçün xeyirli ola biləcəyini qeyd edib.
“Mən də istərdim ki, Azərbaycanda “-ov”, “-yev”lərdən canımız qutarsın. Hərçənd mənim özümün də familyası Nurullayevdir və “-yev”lə qurtarır”.
Razi Nurullayev soyadı ilə bağlı bir narahatçılığı da dilə gətirib.
“Azərbaycanda ad və familya götürüldükdə, hansının ad və hansının soyadı olduğunu ayırd etmək mümkün olmur. O baxımdan, bu bir qədər çətinlik törədir”.
Mia Quliyeva, Bizim.Media