Qusman İlham Əliyevi təbrik etdi

Qusman İlham Əliyevi təbrik etdi

Hazırda oxunan: Qusman İlham Əliyevi təbrik etdi

6329

Rusiyanın "TASS" informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Bizim.Media-nın məlumatına görə, təbrikdə deyilir:

"Möhtərəm İlham Heydər oğlu.

Rusiyanın "TASS" informasiya agentliyi adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Siz müasir dövrün görkəmli siyasi xadimi, müdrik rəhbər, nadir şəxsiyyət, gözəl ailə başçısı kimi uzun illər öz gücünüzü, biliklərinizi və təcrübənizi Azərbaycanın rifahına sərf edirsiniz. Siz əsl vətənpərvər və Azərbaycan xalqının müdafiəçisi kimi tarixi ədaləti bərpa etdiniz və öz ölkənizin dövlətçiliyini qalibiyyətlə möhkəmləndirdiniz.

Sizə və yaxınlarınıza səmimi-qəlbdən möhkəm cansağlığı, firavanlıq, nikbinlik, gələcək planlarınızın həyata keçməsi üçün tükənməz enerji, doğma ölkənizin rifahı naminə uğurlu və səmərəli fəaliyyət arzulayıram!

Sizə və Azərbaycan xalqına sülh və tərəqqi diləyirəm!". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO