"Türkiyə-Azərbaycan əlaqələri hər zaman müttəfiqlik səviyyəsində idi və müttəfiqlik xalqlarımızın qəlbindədir".
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 5-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edərkən deyib.
MÖVZU İLƏ BAĞLI:
Ceyhun Bayramov və Mövlud Çavuşoğlu arasında görüş başladı
"Əlbəttə ki, bu gün Türkiyə-Azərbaycan müttəfiqlik əlaqələrinin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparacağıq. Üç aydan sonra biz Şuşa Bəyannaməsinin birinci ildönümünü qeyd edəcəyik. Bu, tarixi bir sənəddir. Əslində Türkiyə-Azərbaycan əlaqələri hər zaman müttəfiqlik səviyyəsində idi və müttəfiqlik xalqlarımızın qəlbindədir. Sadəcə olaraq, biz keçən il Şuşada bunu rəsmən təsdiqlədik", - dövlət başçısı bildirib.
Bizim.Media