Azərbaycan səfiri əsəbiləşdi:

Azərbaycan səfiri əsəbiləşdi: "Pasportları, uşaqların sənədləri qaydasında deyil..." - VİDEO

Hazırda oxunan: Azərbaycan səfiri əsəbiləşdi: "Pasportları, uşaqların sənədləri qaydasında deyil..." - VİDEO

63213

Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov təxliyələrdən danışarkən deyib ki, vətəndaşların əksəriyyətinin sənədləri doğru deyil.

Bizim.Media xəbər verir ki, “Xural” TV-nin canlı yayımına qoşulan səfir onların bu səbəbdən Ukrayna sərhəd məntəqəsindən buraxılmadığını deyib. 

"Moldova tərəfi də qəbul etmir. Bizim əməkdaşlar özlərinin iştirakı ilə zamin duraraq onları buraxdırırlar.
 

MÖVZU İLƏ BAĞLI:

1700 azərbaycanlı bu gün Moldovadan Rumıniyaya yola salınacaq - VİDEO


Təəssüf edirəm ki, orada yaşayan azərbaycanlılar illər ərzində sənədlərini qaydasına salmayıblar. Nə pasportlar, nə uşaqların sənədləri qaydaslndadır. Böyük biabırçılıqdır. Bizə əlavə çətinlik yaradır, çünki sənədlər olmadığı halda, nə təyyarəyə minə bilirlər, nə başqa dövlətlərin sərhəd məntəqələrini keçə bilirlər ki, vətənə qayıtsınlar”.

Q.Osmanov soydaşlarımızın davranışından da narazılıq edib:

"Vətəndaşları Rumıniyaya aparırıq. Çox çətindir. Vətəndaşları avtobuslara mindirərkən özlərini çox pis aparırlar. Bir-birini didməyə hazırdırlar. Biz öncədən siyahı hazırlasaq da, avtobusun üstünə çökürlər. Biabırçılıq, utandırıcılıq ondan ibarətdir ki, mən gün ərzində onların problemini həll etməkdən yorulmuşam. Bir çoxları içirlər, sərxoş vəziyyətdə ona-buna sataşırlar.

Burada hər millətin nümayəndəsi var. Sığınacaq məntəqələrinin rəhbərləri ancaq mənfi tərəflərimizdən danışırlar.

Onlara nə qədər diqqət edirsən, yaxşılıq edirsən, onlardan o qədər pis cavab alırsan. Amma problem deyil. Biz dövlət nümayəndəsi olaraq məcburuq iradəmizlə dözək, səbrli olaq".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO