Məlum olduğu kimi 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərindən sonra Mərkəzi Seçki Komissiyası (MSK) 6 dairənin nəticələrini ləğv edib. Hazırda Milli Məclisdə 6 deputatın yeri boş qalıb və həmin deputatların seçki dairələrində əlavə seçkilər keçirilməlidir.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə deputat Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin olundu.
Bu məsələ də həm parlamentə təkrar seçkilər, həm də Şahin Seyidzadənin deputat mandatından istefa verməsi məsələsini aktuallaşdırıb. 50 saylı Abşeron-Qobustan seçki dairəsindən seçilən Şahin Seyidzadə də deputat mandatından istefa verərsə, artıq Milli Məclisə boş qalan yerlərin sayı 7 olacaq.
Məlumata görə, seçkilər mart-aprel aylarında keçirilə bilər.
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova hələlik bu barədə məlumatsız olduğunu deyib:
“Qanunvericilikdə nəzərdə tutulmuş qaydada sərəncam olmalıdır ki, Mərkəzi Seçki Komissiyası bunu icra etsin. Sərəncamı isə ali orqan qəbul edir. Hələki sərəncam yoxdur”.
Xatırladaq ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bir neçə ay öncə jurnalistlərə açıqlamasında bildirmişdi ki, Milli Məclisdə boş qalan dairələrə seçkilərin keçirilməsi yaxın zamanda gerçəkləşəcək.
Məlumat üçün bildirək ki, nəticəsi ləğv edilmiş dairələr 33 saylı Xətai birinci seçki dairəsi – (lider namizəd Hüseynbala Mirələmov), 35 saylı Xətai üçüncü seçki dairəsi (lider namizəd Rauf Arifoğlu), 74 saylı Lənkəran kənd seçki dairəsi (lider namizəd Hadı Rəcəbli), 80 saylı İmişli-Beyləqan seçki dairəsi (lider namizəd Çingiz Qənizadə), 55 saylı Xaçmaz şəhər seçki dairəsidir (lider namizəd Eldəniz Səlimov)
Həmçinin Milli Məclisin mərhum deputatı, Fəttah Heydərov ötən ilin avqustunda dünyasını dəyişib və bundan sonra 116 saylı Qəbələ seçki dairəsi də boş qalıb.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:06 / 04.03.2022
Parlamentin boş qalmış yerlərinə seçkilər nə vaxt KEÇİRİLƏCƏK? – MSK-dan CAVAB
Hazırda oxunan: Parlamentin boş qalmış yerlərinə seçkilər nə vaxt KEÇİRİLƏCƏK? – MSK-dan CAVAB
Hazırda oxunan: Parlamentin boş qalmış yerlərinə seçkilər nə vaxt KEÇİRİLƏCƏK? – MSK-dan CAVAB
63152
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.