Deputat: ''Qaz, su, işığı havayı, ya da qəpik-quruşa edin''

Deputat: ''Qaz, su, işığı havayı, ya da qəpik-quruşa edin''

Hazırda oxunan: Deputat: ''Qaz, su, işığı havayı, ya da qəpik-quruşa edin''

6312

“Zəhmət çəkin, insanların problemlərini həll edin. Qaz, su, işığı havayı, ya da qəpik-quruşa edin”. 

Bizim.Media xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin deputatı Tahir Kərimli deyib. 

Tahir Kərimli şəhid ailələri və qazilər üçün kommunal xidmətlərin ödənişsiz olması ilə bağlı təklif irəli sürüb: 

''Mən bəzi yerlərə gedəndə insanların üzünə baxa bilmirəm. Biz şəhid ailələri və qazilər üçün işıq, qaz, suyun ödənişsiz olması ilə bağlı qərar qəbul etməliyik''.

''Bu, onların haqqıdır. Bəzi ailələr var ki, ancaq bir otaqda qaz-işıq yandırıb onun ətrafında isinir. Çıxan kimi işığı da söndürür. Biz bu məsələləri tənzimləməliyik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO