“Azərbaycanda indiki vəziyyətdə ilk növbədə bəndi-bərəni möhkəmlətməyi düşünməlidir. Bizim Qarabağda yarımçıq işlərimiz qalıb. Qarabağı bəzi ünsürlərdən təmizləmək üçün ilk növbədə biz Müdafiə Nazirliyini təmizləməliyik”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa Milli Məclisdəki çıxışı zamanı səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Milli Məclisin iclası BAŞLADI – 11 məsələ müzakirə olunur
Deputat fikirlərini bu cür davam etdirib:
“Nizami adında general Müdafiə Nazirliyində 80 milyon pul yeyib. Bu məsələyə biz elə prinsipial şəkildə yanaşmalıyıq ki, Azərbaycan ordusunu sağlam vəziyyətə gətirməliyik. Biz “Tərtər hadisələri”ndə də bunu gördük, müharibədəki satqınları da gördük. Ötən gün oxudum ki, Məlikməmməd adındakı bir zabiti də tutublar. Amma bu yetim Məlikməmmədləri tutmaqla bu məsələ həll olunmayacaq. Əsas ordunu bugünə salmış illərdir orda oturan “div”lərin ortadan qaldırılmasıdır. Divlər bu yeyintilərin müəllifləridir”.
Bizim.Media