44 günlük savaşdan sonrakı 44 gün - XÜLASƏ

44 günlük savaşdan sonrakı 44 gün - XÜLASƏ

Hazırda oxunan: 44 günlük savaşdan sonrakı 44 gün - XÜLASƏ

6289

Ermənistan etiraz və daxili çəkişmələrə büründüyü vaxtda Azərbaycan qələbənin həmrəyliyini yaşayır.

44 günlük savaşdan sonrakı 44 gündə Azərbaycan və Ermənistanda cərəyan edən hadisələrin müqayisəli xülasəsinə nəzər yetirəndə 90-cı illərin "güzgü effekti" müşahidə olunur.

Belə ki, I Qarabağ müharibəsi zamanında Azərbaycandakı ab-hava hazırda Ermənistanda yaşanır.

İrəvan etirazlara bürünüb, müxtəlif müxalifət partiyaları vahid namizəd kimi Vazgen Marukyanı önə atsalar da, mitinqlərdəki çıxışlar digərlərinin də kreslo hərisliyindən xəbər verir. Azərbaycanda isə xalq-iqtidar birliyi özünün ən pik həddinə çatıb. Hətta siyasi partiyalar müstəqillik dönəmində ilk dəfədir ki, hökumətin siyasətini dəstəkləyir və birlik nümayiş etdirir.

Qarabağa qaytarılan bəzi ermənilər öz əlləri ilə yandırdıqları evlərini, müəyyən qismi dağıdılmayan mənzilində erməni zabitlərinin oğurladığı unitazları arayır. Ermənistanın Baş naziri vəziyyətə çözüm tapmaq yerinə, etirazçıların onun evindən oğurladıqları qol saatı və ətirlərin axtarışındadır. Azərbaycan 30 ildir ki, axtardığı qələbəni tapıb və tarixin xalqa bəxş etdiyi liderin əhəmiyyətini bütün xırdalığı ilə dərk edir.

Azərbaycanda prezidentin illər öncə qəbul etdiyi qərarlardan dolayı yaranan suallara axtarılan cavablar da göz qabağındadır.

İnsanlar hər şeyin bu inkişaf, qüdrət və zəfərə hesablandığını anlamağa başlayıb. Tez-tez oxuyub, eşitdiyimiz ölkə başçısının uzaqgörən siyasəti şüarı indi ən çox görünən və sevindirən reallıqdır.

Erməni liderinin sərsəm bəyanat və fərsiz başçılığından cana doymuş insanlar Nikolun istefasını istəyir. Qarabağda xaçı tullayıb, əlinə silah alan katolik rəhbərlər Paşinyanın uzanan əlini sıxmır. Nikolun təyin etdiyi rayon rəhbərləri onun həmin bölgəyə girişinə icazə vermir. Paşinyanın demokratiya donu geyindirdiyi diktaturasının əsassız həbsləri həyata keçirilir.

Azərbaycanda Ali Baş Komandanın hər bir çıxışı insanlar arasında lozunqa çevrilir. Prezidentin ermənilərə ünvanladığı sözlər "zəngimcell"lərə qoyulur. Xalq üçün ən maraqlı əsər ölkə başçısının "Twitter" postları olub, insanların ən çox eşitmək istədiyi İlham Əliyevin səsidir.

10 noyabr razılaşmasından 10 gün sonra Ağdam Azərbaycana qaytarılıb.

Rus sülhməramlıları gəlir və türklər də ərazilərin minalardan təmizləmə və digər işlərdə yardımçı olur. Rusiya Dağlıq Qarabağda təmir-tikinti işləri ilə missiyadan bir az kənara çıxsa da, ermənilərin bununla bağlı araqarışdırma planları baş tutmur.

Çünki vəziyyətin monitorinqini aparacaq birgə mərkəzdə Türkiyə də olacaq deyə, ermənilərin bu ssenariyə mane olmaq cəhdləri gözləniləndir və bu təhriketmələrə aldanmaq olmaz. Razılaşmadan sonrakı 44 gün ərzində Kəlbəcər və Laçın rayonları da Azərbaycana qaytarılıb. Laçın dəhlizinə paralel Meğri koridoru da olacaq və bununla ölkəmiz Naxçıvana yerüstü giriş-çıxış əldə edəcək.

Meğri koridorunun fonunda Ermənistan Gorus və Qafanın, ələlxüsus da Vorotan(Şahverdilər) və Şurnuxu kəndlərinin Azərbaycana qaytarılmasından narahatdır. Bunun səbəbləri haqqında ötən gün məlumat vermişdik. 

MÖVZU İLƏ BAĞLI

Ermənilərin Şahverdilər və Şurnuxu vahiməsi – Araşdırma

Ermənistanın mərkəzi meydanları istefa sədalı mitinqlərlə qaynayan vaxtda Azərbaycanın Azadlıq Meydanı Zəfər Paradına sevinirdi.

Bir vaxt Şuşada yallı gedən Paşinyan indi Şuşadan separatçı əsgərlərinin meyitlərini toplayır. Mayın 21-də Şuşada dırnaqarası andiçmə edən Araik İrəvanın endirimli mağazalarında özünə təzə polver axtarır. İstefa tələbi və etirazlardan xəlvətə çəkilmək istəyən Paşinyan qaçıb, sığınmağa ölkə axtardığı vaxt prezident İlham Əliyev işğaldan azad olunan torpaqları qarış-qarış gəzir.

Özünə sülh quşu deyib, avtomatla poza verən Anna Akopyan ölən erməni əsgərlərinin ailələrinə afişa xarakterli "qayğı" sərgiləmək istəyir.

Ermənistan vətəndaşları ölkələrinin birinci xanımını qapılarından içəri buraxmır. Azərbaycanın birinci xanımı isə Ali Baş Komandan ilə çiyin-çiyinə Qarabağa yollandı və prezident İlham Əliyevin bütün çıxışlarını lentə alaraq "Twitter" hesabında bölüşdü. Bununla da Mehriban Əliyeva bu şanlı və əlamətdar Qarabağ səfərinə xalqı da şahid etdi.

Paşinyanın səsləndirdiyi "Qarabağ Ermənistandır və nöqtə"yə prezident İlham Əliyevin Valdayda qoyduğu NİDA və 44 günlük savaşdakı "Dəmir yumruq" Ermənistanı bərk silkələyib. Bu titrəyişlərdən sonra yerə yıxılan ermənilər hələ uzun müddət ayağa qalxa bilməyəcəklər...

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO