Azərbaycanın BMT-yə üzv olmasından 30 il ötür

Azərbaycanın BMT-yə üzv olmasından 30 il ötür

Hazırda oxunan: Azərbaycanın BMT-yə üzv olmasından 30 il ötür

62694

Bu gün Azərbaycanın BMT-yə tam hüquqlu üzv olmasından 30 il ötür.

Bizim.Media xatırladır ki, 1992-ci ilin 2 mart günü BMT Baş Assambleyasının 46-cı sessiyasında Azərbaycanın üzvlüyüə qəbul olunmasına dair qətnamə qəbul edilib.

Bununla bağlı BMT-nin Nyu-Yorkdakı qərargahının qarşısında Azərbaycanın dövlət bayrağı qaldırılıb, mayın 6-dan isə təşkilatın yanında ölkəmizin daimi nümayəndəliyi fəaliyyətə başlayıb.

Azərbaycanın BMT-yə üzv olması yenicə müstəqilliyini bərpa etmiş bir ölkə üçün dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin qurulmasında, xalqımızın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında önəmli rol oynayıb.

Qarşılıqlı səfərlərin və görüşlərin keçirilməsi də Azərbaycanın BMT ilə münasibətlərinin inkişafına töhfəsini verib.
Azərbaycan BMT-nin İnkişaf Proqramı (UNDP), Qaçqınlar üzrə Ali Komissarlığ (UNCHR), Uşaq Fondu (UNICEF), Təhsil, Elm, Mədəniyyət Təşkilatı (UNESCO), Sənaye İnkişafı Təşkilatı (UNIDO) kimi alt qurumları, habelə Ümumdünya Səhiyyə Təşkilatı (WHO), Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA), Nüvə Sınaqlarının Əhatəli Qadağası Təşkilatı (CTBTO) kimi yardımçı təşkilatlarla yaxından əməkdaşlıq edir.

Bundan əlavə, Azərbaycan Respublikası 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO