“Əsas odur ki, haçansa bu savaşı hərləyib-fırlayıb Türkiyə və Azərbaycanın üzərinə yönəltməsinlər”.
Bizim.Media xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa “Facebook” hesabında qeyd edib. Onun sözlərinə görə Ukraynada Rusiyanın işğalı nəticəsində yaşanan insanlıq faciəsində dünyasını dəyişən, evindən-eşiyindən didərgin düşən xeyli azərbaycanlı da var:
“Üstəlik orada xeyli azərbaycanlı iş adamının iş yerləri, tikdiyi binalar dağıdılıb və onlara da böyük maddi ziyan dəyib.
MÖVZU İLƏ BAĞLI:
Rusiyada yaşayan Azərbaycanlı milyarderlər 5 gündə nə qədər pul itirib? - ŞOK RƏQƏMLƏR
Digər tərəfdən Rusiyadakı sanksiyalarla bağlı böhran bu ölkədə çalışan azərbaycanlıları iqtisadi cəhətdən çökdürüb. Azərbaycanın bir sıra rayonlarının əhalisi oradan göndərilən pullarla yaşamını təmin edir.
Yəni hər iki tərəfdən zərbənin bizim insanlara da dəydiyini görürük. Ağır olacaq, çox ağır... Rusiyada artıq kartdan pul çəkə bilmirlər. İş yerləri çökür. Məşhur rus filmində deyildiyi kimi; “təkcə mənə deyil, bizə 15 sutka veriblər”, - deyə Fazil Mustafa paylaşımında qeyd edib.
Alçina Amilqızı, Bizim.Media