Ukraynanın Azərbaycandakı səfiri brifinq keçirdi

Ukraynanın Azərbaycandakı səfiri brifinq keçirdi

Hazırda oxunan: Ukraynanın Azərbaycandakı səfiri brifinq keçirdi

61904

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskiy Ukrayna-Rusiya müharibəsi ilə bağlı brifinq keçirib.  

Bizim.Media xəbər verir ki, səfir bu günə olan məlumata görə, Ukrayna ordusu 800 Rusiya hərbçisini zərərsizləşdirdiyini bildirib: 

“Bu gün Rusiyanın Ukraynaya təcavüzünün ikinci günüdür. 7 təyyarə, 7 helikopter, 30-a yaxın tank məhv edilib. Rusiya qoşunları Çernobıl AES-i ələ keçirib. Nüvə tullantılarının saxlanıldığı yer təhdid altındadır”. 

Səfir Xerson, Novaya Opokovka, Areşkin şəhərlərinin də Rusiya tərəfindən ələ keçirildiyini açıqlayıb:

“Kiyev yaxınlığında ağır döyüşlər gedir. Gecə Kiyev raket hücumlarına məruz qalıb. Raket yaşayış kompleksinə düşüb. Nəticədə 8 nəfər yaralanıb, 150 nəfər təxliyə olunub”. 
Kanevskiy Azərbaycanın Ukraynanın strateji tərəfdaşı və dostu olaraq hər zaman Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bildirib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO