"30 il əvvəl, 1992-ci il fevralın 26-da bəşəriyyət Birinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi ən qəddar əməllərdən birinin şahidi olub. Azərbaycanın Xocalı şəhərinə qarşı törədilmiş qeyri-insani basqın nəticəsində ən böyük qırğın baş verib, 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər həlak olub, 1 275 nəfər girov götürülüb".
Bizim.Media xəbər verir ki, bu, Türk Dövlətləri Təşkilatının bəyanatında qeyd olunub.
"Bu gün təkcə şəhərin və onun əhalisinin məhv edilməsinin ildönümü deyil, həm də insanlığa və beynəlxalq ədalətə olan inamın itirilməsinin ildönümüdür.
Biz hələ də əminik ki, hərbi cinayəti törədənlər beynəlxalq hüquqi mexanizmlər qarşısında məsuliyyət daşıyacaq və qlobal sülhün gələcəyi üçün nümunə olacaqlar.
İndi Azərbaycan Respublikası qardaş Azərbaycan xalqının müdrik liderliyi və iradəsi ilə Qarabağın 30 ilə yaxın işğala və vəhşicəsinə istismarına son qoyub, tarixi ədaləti, onun milli ləyaqətini və ərazi bütövlüyünü bərpa edib.
Türk Dövlətləri Təşkilatı beynəlxalq sülh və sabitliyə sadiq qalır və bu kontekstdə İkinci Qarabağ Müharibəsindən sonra yeni geosiyasi reallıq nəticəsində regionda uzunmüddətli dinc inkişafın bərqərar olmasını dəstəkləyir.
Xocalı qurbanlarının və sağ qalanların acı xatirəsi hələ də Türk Dünyası xalqının qəlbindədir. Bununla biz TDT olaraq Xocalı soyqırımı qurbanlarını ehtiramla yad edir və bu Anım Günündə Azərbaycan hökuməti və qardaş xalqının yanında olmağa davam edirik", - bəyanatda bildirilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:39 / 25.02.2022
Türk Dövlətləri Təşkilatından Xocalı soyqırımı ilə bağlı BƏYANAT
Hazırda oxunan: Türk Dövlətləri Təşkilatından Xocalı soyqırımı ilə bağlı BƏYANAT
Hazırda oxunan: Türk Dövlətləri Təşkilatından Xocalı soyqırımı ilə bağlı BƏYANAT
61894
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.