Milli Məclisin Xocalı soyqırımının 30 illiyi ilə bağlı qəbul etdiyi bəyanatın MƏTNİ

Milli Məclisin Xocalı soyqırımının 30 illiyi ilə bağlı qəbul etdiyi bəyanatın MƏTNİ

Hazırda oxunan: Milli Məclisin Xocalı soyqırımının 30 illiyi ilə bağlı qəbul etdiyi bəyanatın MƏTNİ

61872

Milli Məclis Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar bəyanat qəbul edib.

Bizim.Media xəbər verir ki, sənədi millət vəkili Kamal Cəfərov oxuyub.

“1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımının 30 ili tamam olur. Miqyasına və ağırlıq dərəcəsinə görə Xocalı soyqırımı ən dəhşətlisidir.

Soyqırımı aktının təşkilatçıları siyasi və dövlət rəhbərliyidir, keçmiş sovet ordusunun 366-cı alayının şəxsi heyətidir. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib", - bəyanatda qeyd olunub.

76 deputat bəyanatın lehinə səs verib və bəyanat qəbul olunub.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO