“Azərbaycanlıların Xocalıya qayıtması təmin edilməlidir” - Qüdrət Həsənquliyev 

“Azərbaycanlıların Xocalıya qayıtması təmin edilməlidir” - Qüdrət Həsənquliyev 

Hazırda oxunan: “Azərbaycanlıların Xocalıya qayıtması təmin edilməlidir” - Qüdrət Həsənquliyev 

61842

“Çox təəssüf ki, Xocalı cinayətini törədənləri məsuliyyətə cəlb edə bilməmişik”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxışı zamanı səsləndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisdə Xocalı soyqırımının qurbanlarının xatirəsi YAD EDİLDİ 


Deputat fikirlərini bu cür davam etdirib: 

"Bizim Xocalıda qətlə yetirilmiş qadın və uşaqlarımızın ruhu o zaman şad olar ki, Xocalı sakinləri öz yurdlarına qayıtsınlar. Təklif edirəm ki, biz Rusiya Federasiya Şurasına və Dumasına müraciət etməliyik. sülhməramlılar erməni icmasının inteqrasiyası istiqamətində konkret addımlar atmalıdırlar. Azərbaycanlıların Xocalıya qayıtmasını təmin etsinlər.

BMT-yə Azərbaycan dövləti adından müraciət etməliyik ki, bu cinayəti törədənlər cəzalansınlar. 

O qədər sadəlöhv deyiləm. Bilirəm ki, beynəlxalq hüququn ayaq altına atıldığı, böyük dövlətlərin istədiklərini etikləri dövrdə bunu etmək mümkün olmayacaq. BMT Təhlükəsizlik Şurasının üzvləri istədiklərini edirlər". 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO