İlham Əliyevdən rusiyalı jurnalistlərə: “Mən nə düşünürəmsə, onu deyirəm”

İlham Əliyevdən rusiyalı jurnalistlərə: “Mən nə düşünürəmsə, onu deyirəm”

Hazırda oxunan: İlham Əliyevdən rusiyalı jurnalistlərə: “Mən nə düşünürəmsə, onu deyirəm”

61675

“Azərbaycan cəmiyyətinin müxtəlif kateqoriyalarının nümayəndələri ilə və media, - Azərbaycan və xarici media, - təmsilçiləri ilə mənim bütün söhbətlərim açıq keçirilir. Yəni, mən heç nəyi gizlətmirəm”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü zamanı səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Zəngilana 200 ailənin nə vaxt qayıdacağını açıqladı


“Mən nə düşünürəmsə, onu deyirəm, öz sözlərimə görə cavabdehəm və düşünürəm ki, bu gün burada elə bir söz deyilməyib ki, ona görə bizlərdən kim isə xəcalət çəksin. Əksinə, mənim fikrimcə, biz çox mühüm məsələləri aydınlaşdırdıq. Mən Azərbaycanın mövqeyini bütün məsələlər barədə yetərincə dürüst ifadə edirəm və bağlı qapılar arxasında öz həmkarlarıma dediklərimi bu və ya digər dərəcədə açıq şəkildə də deyirəm. Ona görə indiki halda mən aşkarlığın tərəfdarıyam”, deyə Azərbaycan lideri qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO