İlham Əliyevin Marqarita Simonyanla DİALOQU: “Dedikləriniz həqiqətə uyğun deyil” - VİDEO

İlham Əliyevin Marqarita Simonyanla DİALOQU: “Dedikləriniz həqiqətə uyğun deyil” - VİDEO

Hazırda oxunan: İlham Əliyevin Marqarita Simonyanla DİALOQU: “Dedikləriniz həqiqətə uyğun deyil” - VİDEO

61667

“Birincisi, deməliyəm ki, bizimlə bölüşdüyünüz informasiya yumşaq desək, həqiqətə uyğun deyil. Bizdə etnik prinsipə görə ölkəyə girişə qadağa yoxdur və erməni xalqının nümayəndələrinin Azərbaycana çoxsaylı səfərləri buna sübutdur”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü zamanı “RT” telekanalının və “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Marqarita Simonyanın “Biz hamımız bilirik ki, ermənilərin Azərbaycana girişinə qadağa qoyulub” fikrinə cavab verərkən səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Mixail Qusmandan İlham Əliyevə yubiley HƏDİYYƏSİ: “Burada 400-ə yaxın fotoşəkil var” - FOTO


Azərbaycan lideri ermənilərin Avropa Oyunları kimi idman tədbirlərində iştirak etdiyini xatırladıb:

“Ermənistandan olan komanda iştirak edib, mən hətta xatırlayıram ki, Ukraynanın milliyyətcə erməni olan bir nümayəndəsinə gümüş medalı şəxsən özüm təqdim etmişəm.

O, qızıl medal qazanan azərbaycanlı boksçu ilə fəxri kürsüdə yanaşı dayanmışdı. Mən onun da əlini sıxıb təbrik etdim və bu, zaldakı adamların ürəyincə olmasa da, onlar məni uzun müddət alqışladılar”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO