SON DƏQİQƏ! Müharibə ilə bağlı Krım Tatarlarının lideri Mustafa Cəmildən ÖZƏL AÇIQLAMA

SON DƏQİQƏ! Müharibə ilə bağlı Krım Tatarlarının lideri Mustafa Cəmildən ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: SON DƏQİQƏ! Müharibə ilə bağlı Krım Tatarlarının lideri Mustafa Cəmildən ÖZƏL AÇIQLAMA

61648

“Bu müharibənin nə qədər davam edəcəyini demək çox çətindir. Biz bimirik duruş gətirməyə nə qədər gücümüz çatar. Ruslar çox amansız şəkildə hücuma keçiblər və onlardan hər cür qəddarlıq gözləmək mümükündür. Onların xüsusi xidmət orqanları Ukrayna ərazisində xüsusi amansızlıqla fəaliyyətə başlayıblar”.

Bu fikirləri Krım tatarlarının lideri Mustafa Cəmil Bizim.Media-ya özəl açıqlaması zamanı deyib.

O bildirib ki, səhər saatlarından başlanan aqressiya Kiyev ətrafında bir neçə partlayışla nəticələnsə də əsas ağır vəziyyət Krım istiqamətində və Rusiya ilə sərhəd zonalardadır:
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya Ukraynaya qarşı müharibəyə başladı – ONLAYN YENİLƏNMƏ


“Bizim aldığımız indiki məlumat çoxlu partlayışların olmasıdır. Böyük şəhərlərdə, Xarkovda, Luqanskda, Donbasda güclü atışmalar var. Xerson vilayətinə doğru hərbi texnika kalonlarının hərəkətə keçdiyi haqqında məlumatlar gəlir. Amma düşmənin təyyarəsi, tank və yük maşınları Ukrayna ordusu tərəfindən sıradan çıxarılır. Vəziyyət olduqca gərgindir”.

Mustafa Cəmil Rusiyanın Ukraynaya qarşı bu dəfəki hücumunun Moskva tərəfindən həlledici məna daşıdığını qeyd edib:

“Hər şey Krımın işğalından başladı. İndi görünən odur ki, onlar Ukrayna ərazisində hansısa muxtariyyatın yaradılmasını yox, Ukraynanın bütövlükdə işğalına çalışırlar. Onlar Ukraynanın NATO-ya daxil olmasından ehtiyat edirlər və bu addımı atmaqda məqsədləri ölkəmizi tamamilə diz çökdürməkdir”.

Ukraynalı siyasətçi Qərb tərəfdaşlarının bu münaqişənin əvvəlindən gözləmə möqeyində dayanmasından da şikayətlənib:

“Təəssüf edirəm ki, Ukraynanın tərfdaşları çox gecikdilər. Bəli, artıq çox gecdir. Düzdür, onlar bəzi silah növləri ilə yardım edirlər, amma bu belə bir aqressiyanın qarşısında çox cüzidir”.

Mustafa Cəmil Türkiyə hökumətinə yardımla bağlı müraciət etdiklərindən də söz açıb:

“Türkiyəyə müraciət olunub. Ankara bizə siyasi-diplomatik və bəzi yardımlarını edir. Tatarların yaşadığı bölgələrdə evakuasiya məslələrində də yanımızdadır. Amma Rusiya heç nə ilə hesablaşmır, o bölgələrə indi girmək çox çətindir. Fedaralların xüsusi xidməti orada heç kimin başını qaldırmağa imkan belə vermir”.

Ukrayna xalqının müharbə əhval ruhiyyəsinə də toxunan Krım Tatarlarının lideri bunu müxtəlif cür olduğunu deyib:

“Hazırda Ukraynada qarışıq əhval-ruhiyyə hökm sürür. Müharibədən ajiotaj içində sayıqlığını itirən adamlarla yanaşı, vətənpərvərlik əhval-ruhiyyəsində olanlar da var. Çətindir, bir söz söyləmək üçün çox acizəm. Hazırda mən müdafiə məslələri ilə bağlı toplantıya girəcəm və xalqımızın tez səfərbər olması üçün əlimizədn gələni edəcəyik. Əminəm ki, Ukrayna xalqı sonuna qədər bu mübarizədən əl çəkməyəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO