AŞPA-da Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar yazılı bəyanat yayıldı - FOTO

AŞPA-da Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar yazılı bəyanat yayıldı - FOTO

Hazırda oxunan: AŞPA-da Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar yazılı bəyanat yayıldı - FOTO

61530

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar yazılı bəyanat yayılıb.

Bizim.Media xəbər verir ki, Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun hazırladığı bəyanata Azərbaycan, Türkiyə, Bosniya və Herseqovina, Fransa, İtaliya, Bolqarıstan və Ukraynadan olan 25 deputat imza atıb.

Bəyanatda bildirilir ki, bu il fevralın 26-da Ermənistan ilə Azərbaycan arasında keçmiş münaqişənin ən qaranlıq səhifəsini əks etdirən Xocalı soyqırımının 30-cu ildönümü tamam olur. 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə Azərbaycanın Xocalı şəhərinə hücum edərək yerli sakinlərə qarşı soyqırımı aktı həyata keçirib. 
Xocalı faciəsi zamanı 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 günahsız insan vəhşicəsinə qətlə yetirilib, 1275 dinc sakin girov götürülüb (onlardan 150-nin taleyi hələ də məlum deyil), 487 nəfər yaralanıb, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO