Baş nazir Əli Əsədov Moldova parlamentinin sədri ilə görüşüb - FOTO

Baş nazir Əli Əsədov Moldova parlamentinin sədri ilə görüşüb - FOTO

Hazırda oxunan: Baş nazir Əli Əsədov Moldova parlamentinin sədri ilə görüşüb - FOTO

61347

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 22-də ölkəmizdə səfərdə olan Moldova Respublikası parlamentinin sədri İqor Qrosu ilə görüşüb.

Nazirlər Kabinetindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə Azərbaycan-Moldova dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirildi.

İ.Qrosunun səfərinin ikitərəfli əməkdaşlığın dərinləşməsinə təkan verəcəyinə əminlik ifadə edildi.

Görüşdə həmçinin Azərbaycan ilə Moldova arasında ticarət-iqtisadi, investisiya, energetika, humanitar, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olundu.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO