“Almaniya Ukraynaya bacardığı yardımı etmədi” – AŞPA-nın vitse-prezidentindən EKSKLÜZİV

“Almaniya Ukraynaya bacardığı yardımı etmədi” – AŞPA-nın vitse-prezidentindən EKSKLÜZİV

Hazırda oxunan: “Almaniya Ukraynaya bacardığı yardımı etmədi” – AŞPA-nın vitse-prezidentindən EKSKLÜZİV

61302

Rusiya Prezidenti Vladimir Putinin qondarma Donetsk və Luqansk respublikalarının müstəqilliyini tanıması və bölgəyə sülhməramlı qismində rus hərbçilərinin yerləşdirildiyini elan etməsindən sonra bütün dünyanın diqqəti məhz bu məsələyə yönəlib.

Bizim.Media ilə eksklüziv müsahibəsində AŞPA-nın vitse-prezidenti, Ukrayna Ali Radasının deputatı Aleksandr Mereşko Donbasla bağlı baş verən proseslər və regionun gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
 

MÖVZU İLƏ BAĞLI:

Zelenskidən xalqa MÜRACİƏT: “Ukrayna heç kimə heç nə verməyəcək” 


Mereşko ilk öncə ölkəsinin bundan sonra atacağı addımlara diqqət çəkib:

“Putinin tanınma qərarından əvvəl Rusiya Donbasın bir hissəsini işğal edib, indi Rusiya bunu açıq şəkildə ortaya qoydu. Ukrayna Rusiyanın silahlı təcavüzünün yeni mərhələsini dəf etməyə hazırdır. Eyni zamanda, biz Rusiya ilə Ukrayna arasında silahlı münaqişənin həlli üçün siyasi və diplomatik yolların axtarışına davam edirik”.

AŞPA-nın vitse-prezidentinin qənaətinə görə, Ukrayna istənilən ssenariyə hazırdır:

“Krımın Rusiya tərəfindən ilhaqından başlayaraq 8 ildir müharibə davam edir. Demarkasiya xətti boyunca eskalasiya güclənir. Buna baxmayaraq, Ukrayna sakitliyini qoruyur və istənilən ssenariyə hazırdır”.

Mereşko rəsmi Kiyevin Qərbdəki müttəfiqlərinin Rusiyaya qarşı sərgilədiyi mövqeyi də dəyərləndirib:

“Biz ABŞ, Böyük Britaniya, Kanada, Polşa, Litva, Estoniya, Latviya və bir sıra başqa ölkələrdən dost və müttəfiqlərimizdən ciddi hərbi yardım alırıq. Təəssüflər olsun ki, bir sıra dövlətlər, məsələn, Almaniya belə bir yardımı göstərmədi, o bacardığını eləmədi”.

AŞPA rəsmisinin sözlərinə görə, Rusiya ilə dialoqun bundan sonra hansı formada davam edəcəyini söyləmək o qədər də asan deyil:

“Bu barədə danışmaq hələ tezdir. Bəli, Rusiya birtərəfli qaydada Minsk danışıqları prosesindən çıxdı. Ukrayna BMT Təhlükəsizlik Şurasına müraciət edib”.

Putinin açıqlamalarına gəlincə Mereşko bun əhəmiyyət verməməyə çağırıb:

“Putin təcrübəli təxribatçıdır. Onun açıqlamalarına əhəmiyyət verməyin. O, Ukrayna dövlətçiliyini məhv etməyə çalışır”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO