Dekabrın 23-də Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin onlayn formatda birgə iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, iclasda “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə edilib.
Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli sənədə təklif edilən dəyişikliklərin mahiyyəti barədə danışıb.
Təklif olunan dəyişikliklərdə qanunun tətbiqi zamanı yarana biləcək vəsait çatışmazlığının aradan qaldırılması mexanizmləri, siyasi partiyaları təmsil edən deputatların saylarının artması və azalması, Milli Məclisdə yeni siyasi partiyaların təmsil olunması hallarında vəsaitin hesablanma tarixi əksini tapıb.
Dəyişikliklərdə siyasi partiyaların dövlət büdcəsindən ayrılan vəsaitdən imtina etdiyi zaman, həmin vəsaitin dövlət büdcəsinə qaytarılması yox, Milli Məclisdə təmsil olunan partiyalar arasında dördüncü rübün sonunda bərabər olaraq bölünməsi nəzərdə tutulub.
Yeni dəyişikliklərin dövlətlə siyasi partiyalar arasında əlaqələrin gücləndirilməsində, siyasi partiyaların daha səmərəli fəaliyyət göstərməsində mühüm rol oynayacağı vurğulanıb.
Müzakirələrin sonunda qanun layihəsinin birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alınıb.
Onlayn toplantıda hər iki komitənin üzvləri olan deputatlar iştirak ediblər.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:53 / 23.12.2020
"Siyasi partiyalar haqqında" qanuna dəyişiklik plenar iclasa tövsiyə edildi
Hazırda oxunan: "Siyasi partiyalar haqqında" qanuna dəyişiklik plenar iclasa tövsiyə edildi
Hazırda oxunan: "Siyasi partiyalar haqqında" qanuna dəyişiklik plenar iclasa tövsiyə edildi
6124
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.