Azərbaycan Robert Koçəryan və Serj Sarqsyan barədə axtarış elan etdi

Azərbaycan Robert Koçəryan və Serj Sarqsyan barədə axtarış elan etdi

Hazırda oxunan: Azərbaycan Robert Koçəryan və Serj Sarqsyan barədə axtarış elan etdi

61143

Azərbaycan Ermənistanın sabiq prezidentləri Robert Koçəryan və Serj Sarqsyan barədə axtarış elan edib.

Bizim.Media xəbər verir ki, bu barədə Respublika Hərbi Prokurorluğundan məlumat verilib.

Bildirilir ki, hər iki şəxs Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Robert Köçəryanın və Serj Sarqsyanın Bakıda axtarışa verilməsinə İrəvandan REAKSİYA


"Adıçəkilən şəxslər 1988-ci ilin fevral ayından etibarən Azərbaycan və erməni xalqları arasında milli düşmənçilik salmaq, nifrət oyatmaq niyyəti ilə Xankəndi şəhərinin təşkilat və müəssisələrində erməni milliyyətindən olan işçiləri yığıb iclaslar keçirib, Qarabağın ermənilərə məxsus olduğunu və orada yalnız ermənilərin yaşamalı olduğunu bildirib, azərbaycanlıları işdən qovub, Dağlıq Qarabağdan zorla köçürərək evlərini yandırmağı təbliğ ediblər. 

Həmin şəxslər qondarma “Dağlıq Qarabağ Respublikası”nın elan olunması barədə qanunsuz qərar qəbul etdiklərinə və digər cinayətlər törətdiklərinə görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib və axtarışa veriliblər”, - deyə məlumatda qeyd edilib (Trend).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO